Icma.az
close
up
RU
“Müqəddəslik” adı altında siyasi intriqa

“Müqəddəslik” adı altında siyasi intriqa

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Paşinyanın təfriqəçilərə sərt mesajı

Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə dünən İrəvanda milad yürüşü keçirilib. Əvvəlcə Paşinyan və həyat yoldaşı Anna Akopyan paytaxtdakı Nurlandırıcı Qriqori kilsəsinin həyətinə gəliblər. Ölkə prezidenti Vaaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan, iqtisadiyyat naziri Gevork Papoyan, səhiyyə naziri Anait Avanesyan, ərazilərin inkişafı və infrastruktur naziri David Xudatyan, xarici kəşfiyyat xidmətinin rəhbəri Kristine Qriqoryan və baş nazirin müşaviri Lilit Makunts da mərasimdə iştirak ediblər.

Ermənistan rəhbərliyi əvvəlcə milad liturgiyasına qatılıb. Liturgiya başa çatdıqdan sonra milad yürüşü başlayıb. Yürüşün istiqaməti Sayat Nova və Abovyan küçələrinin kəsişməsində yerləşən Müqəddəs Məryəm Ana katolik kilsəsinə doğru olub. Yürüşə baş nazirlə birlikdə milad ayinində iştirak edən rəsmi şəxslər də qatılıb. Onlara hakim “Mülki müqavilə” partiyasının digər üzvləri də qoşulub.

Paşinyan yürüşün sonunda Müqəddəs Məryəm Ana kilsəsinin həyətində quraşdırılmış tribunada çıxış edib. Ermənistan baş nazirinin çıxışında hökumət-kilsə münasibətlərinə xüsusi yer ayrılıb. “Armenpress”in məlumatına görə, Paşinyan deyib ki, hökumət kilsəyə qarşı hərəkət etməyib, hərəkət etmir və heç vaxt hərəkət edə bilməz, çünki hökumət Erməni Apostol Müqəddəs Kilsəsinin davamçısıdır: “Bu gün biz özümüzü xristianlığı qəbul edən ilk dövlət kimi təsdiqləyirik və bugünkü yürüşümüz, nəhayət ki, xilaskarımız İsa Məsihin göstərdiyi yolla getməyə başladığımızı simvolizə etdi”.

Nikol sülhdən də danışıb: “Erməni Apostol Müqəddəs Kilsəsinin liturgiyasında dəfələrlə bu kəlam eşidilir: “Gəlin, Allaha sülh içində dua edək”. Bu da qrabar dilindən tərcümədə belə deməkdir: “Gəlin, Allaha sülh üçün dua edək”. Çox simvolik bir hadisə baş verib, çünki hamımız çox uzun müddətdir Allaha sülh üçün dua etmişik, amma nəhayət, anladığımız an gəlib ki, Allaha sülh üçün dua etməklə yanaşı, özümüz də qərarlarımız, hərəkətlərimiz və addımlarımızla bu sülhü yaratmalıyıq”.

Onun sözlərinə görə, artıq Ermənistan Respublikasında sülh bərqərar olub və bu gün (yanvarın 6-da–S.H.) insanlar xilaskar İsa Məsihə, nəhayət ki, onun vəhyinə əməl etdiklərini bildirmək üçün yürüş edirdilər: “Biz sülhü yaradırıq və bu sülh üçün yalnız yalvarmırıq, həm də özümüz sülhə çağırırıq. Biz özümüzü xristianlığı qəbul edən ilk dövlət kimi yenidən qururuq. Erməni xalqı böyük çar Trdatın qərarı və fərmanı ilə xristian oldu. Əlbəttə ki, bu işlərə İsa Məsih və onun elçisi və həvarisi, ilk patriarxımız Nurlandırıcı Qriqori rəhbərlik edirdi. Əsl Ermənistan xristian dəyərlərinin daşıyıcısı, xristian dəyərlərinə əsaslanan bir dövlət kimi yenidən qurulur”.

Baş nazirin sözlərinə görə, xristianlığı qəbul edən insanların əsas simvollarının bugünkü Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisində olması çox simvolikdir. Qeyd edib ki, xristian dayaqları bu gün də kifayət qədər güclü mesaja malik Ermənistan Respublikasını simvolizə edir: “Bu gün biz həm də qeyd edirik ki, xristianlıq və dövlətçilik nöqteyi-nəzərindən yenilənməli, tutduğumuz yola baxmalı və qərarlar qəbul etməliyik. Biz bəzilərinin bizə əziz, müqəddəs Erməni Apostol Müqəddəs Kilsəsindən Ermənistan Respublikasına qarşı hərəkət etmək üçün dayaq nöqtəsi kimi istifadə etməyə çalışdıqları bir vəziyyətlə qarşılaşırıq. Onlar deyirlər ki, hökumət kilsəyə qarşı hərəkət edir, amma biz bu gün burada hökumətin kilsəyə qarşı heç vaxt hərəkət etmədiyini, indi hərəkət etmədiyini və heç vaxt hərəkət edə bilməyəcəyini demək üçün toplaşmışıq. Çünki hökumət Erməni Apostol Müqəddəs Kilsəsinin davamçısıdır. Mən, Ermənistan Respublikasının xalqı tərəfindən seçilmiş baş nazir olaraq deyirəm ki, bəzilərinin kilsədən Ermənistan Respublikasına qarşı hərəkət etmək üçün baza kimi istifadə etməsinə imkan verməyəcəyik”.

Paşinyanın sözlərinə görə, kilsəni bu vəziyyətə gətirən, bu fikri beyinlərinə salan şəxslər kilsənin qaydasına uyğun olaraq təfriqəçilərdir: “Bu gün kilsəmizin faktiki rəhbəri (katolikos II Qaregini nəzərdə tutur–red.) və onun çevrəsi formalaşdırdığı dar dairə məzhəb məntiqindədir. Bu o deməkdir ki, biz Erməni Apostol Müqəddəs Kilsəsini parçalanmadan xilas etməli və kilsəni xalqa qaytarmalıyıq. Kilsə xidmətçilərinin əsas, həlledici əhəmiyyəti var: onlar kilsənin sütunlarıdır. Lakin kilsə İsa Məsihə məxsusdur və xalq üçündür. Kilsə insanın İsa Məsihlə ünsiyyət qurduğu yerdir. Lakin bu gün kilsəmizdə İsa Məsih, təəssüf ki, küncə sıxışdırılıb. Xilaskarımız təcrid olunub, amma yaxşı xəbər budur ki, kilsəmiz artıq təcriddən çıxır. Gördünüz ki, iki gün əvvəl – yanvarın 4-də 10 yepiskopla birlikdə Erməni Apostol Müqəddəs Kilsəsinin islahatına başlamaq barədə qərar qəbul etdik və bəyanat imzaladıq”.

O, çətin anlarda öz dövlətlərinə dayaq olan həmin yepiskopları dəstəkləməyə və ruhaniləri qorumağa çağırıb: “Biz uzun müddətdir ki, kilsəmizi təfriqə ilə tək qoymuşuq, İsa Məsihi öz kilsəsində həmin təfriqə ilə tək qoymuşuq. Bugünkü yürüş gəldiyimiz, qayıtdığımız və artıq kilsəmizi, onun ruhani xidmətçilərini və xilaskarımız İsa Məsihi tək qoymayacağımızla bağlı idi. Kilsəmizi, onun xidmətçilərini, rəbbimiz və xilaskarımız İsa Məsihi tək qoyduğumuz üçün kilsəmizdən və onun çoxsaylı ruhani xidmətçilərindən bağışlanma diləyirəm, amma kilsə və dövlət indi bir yerdədir”.

Paşinyan çıxışının sonunda xalqı liturgiyalara qatılmağa və ruhanilərdən Erməni Apostol Kilsəsinə qoşulmağı xahiş etməyə çağırıb.

***

Əlbəttə, Nikolun milad yürüşündə verdiyi mesajlar zahirən dini-mənəvi çalarlarla zəngin görünsə də, mahiyyət etibarilə açıq siyasi məzmun daşıyırdı. Onun çıxışı, faktiki olaraq, hakimiyyət–kilsə qarşıdurmasının yeni və daha sərt mərhələyə keçdiyini göstərir. Ancaq onun verdiyi mesajların mərkəzində kilsəyə qarşı düşmənçilik yox, əksinə, kilsənin öz mahiyyətinə qaytarılması çağırışı dayanır. Paşinyan, faktiki olaraq uzun illərdir Erməni Apostol Kilsəsinin bir qrup ruhani tərəfindən siyasi alətə çevrildiyini açıq dillə ifadə etdi və bu, Ermənistan cəmiyyətində çoxdan səslənən, amma yüksək səviyyədə dilə gətirilməyən narahatlığın etirafı idi.

Paşinyanın əsas üstünlüyü ondadır ki, o, kilsəni dövlətə qarşı qoymur, əksinə, kilsənin dövlətə və xalqa qarşı istifadə edilməsinə açıq şəkildə “yox!” deyir. Onun “hökumət kilsəyə qarşı hərəkət edə bilməz” fikri formal bəyanat deyil, siyasi mövqedir. Burada hədəf kilsə institutu yox, bu institutu öz dar maraqları naminə girov saxlayan kilsə elitasıdır. Baş nazirin II Qaregin və ətrafını “təfriqəçi məntiq”də ittiham etməsi də məhz bu kontekstdə oxunmalıdır.

Paşinyan ilk dəfə olaraq Ermənistanda kilsə toxunulmazlığı mifini dağıtdı. O göstərdi ki, kilsə müqəddəsdir, amma toxunulmaz deyil; kilsə İsa Məsihə məxsusdur, konkret şəxslərə yox. Bu yanaşma xristian dəyərlərinə zidd deyil, əksinə, onların mahiyyətinə uyğundur. Kilsənin xalqa qaytarılması çağırışı populizm deyil, illərdir ruhanilərin qapalı dairəyə çevirdiyi bir institutun ictimai nəzarətə açılması cəhdidir.

Əslində, Paşinyan bu çıxışı ilə kilsəyə ultimatum yox, seçim təqdim etmiş oldu: ya kilsə özünü siyasi intriqaların alətindən xilas edib xalqın mənəvi dayağına çevriləcək, ya da dar çevrələrin maraqları naminə cəmiyyətlə üz-üzə qalacaq. Bu, Ermənistan üçün gecikmiş, amma zəruri bir mərhələdir.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri