Icma.az
close
up
RU
InvestAZdan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZdan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Ötən həftə dünya maliyyə bazarları Rusiya və Ukrayna arasında gərginliyin arta biləcəyinə dair narahatlıqlar və ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasətinə dair qeyri-müəyyənliklərlə qarışıq bir tendensiya yaşasa da, bu həftə bütün diqqətlər ABŞ-da növbəti dəfə açıqlanacaq iqtisadi artım (ÜDM) məlumatlarındadır.

Geosiyasi gərginliklər, eləcə də ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ilə FED administrasiyası arasında mümkün mübahisələr bazarlarda volatilliyi artırsa da, çərşənbə axşamı günü açıqlanacaq Federal Açıq Bazar Komitəsinin (FOMC) 6-7 noyabr tarixlərində keçirilən iclasının protokollarından gələcək siqnallar, FED-in monetar siyasətinə dair gələcək proqnozlarını təyin etməyə kömək edəcək.

Ötən həftə Avrozonada, Almaniyada və İngiltərədə proqnozların altında açıqlanan iqtisadi göstəricilər fonunda EURUSD, GBPUSD məzənnələri kəskin ucuzlaşaraq 1.0330 və 1.2490 hədlərini test etsələr də, daha sonra bir qədər bahalaşaraq, 1.0410, 1.2530 həddlərində tamamladılar. Lakin, cari həftəyə hər iki aktiv sıçrayışla (gap) başlayaraq hazırda, müvafiq olaraq, 1.0480 və 1.2590 hədlərində ticarət olunurlar.

Bu həftə Amerikada açıqlanacaq bazar ertəsi Dallas FED İstehsalat Fəaliyyət İndeksi, Çikaqo Milli Fəaliyyət İndeksi, çərşənbə axşamı Federal Açıq Bazar Komitəsinin (FOMC) son toplantısının protokolları, "Conference Board" (CB) İstehlakçı Güvən İndeksi, Riçmond FED Sənaye İndeksi, Yeni Mənzil Satışları, çərşənbə günü ÜDM, ÜDM Qiymət İndeksi, Şəxsi İstehlak Xərcləri İndeksi, Şəxsi Gəlirlər İndeksi, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, Uzunmüddətli İstifadə üçün Nəzərdə Tutulmuş Məhsullar üzrə Sifarişlərin Həcmi kimi göstəricilər ABŞ iqtisadiyyatına dair cari mənzərəyə işıq tutacaq.

Cari həftə ərzində, bazar ertəsi günü Almaniyada "IFO" Biznes Mühiti İndeksi, çərşənbə axşamı Almaniyada "GFK" İstehlakçı Güvən İndeksi, Avrozonada İstehlakçı Güvən İndeksi, cümə axşamı və cümə günləri Almaniyada və Avrozonada İstehlak Qiymətləri İndeksi (CPI), Almaniyada İşsizlik Səviyyəsi kimi iqtisadi-statistik məlumatlar təqib ediləcək.

Asiya bazarlarında isə çərşənbə axşamı Yaponiyada "BoJ"-dan İstehlak Qiymətlərinin Baza İndeksi, çərşənbə günü Çində Sənaye Mənfəəti, cümə günü Tokio İstehlak Qiymətləri İndeksi, Sənaye İstehsalının Həcmi, İşsizlik Səviyyəsi və Pərakəndə Satış Dövriyyəsinin Həcmi məlumatları izləniləcək.

EUR

Ötən həftə Avropa İttifaqının Statistika İdarəsinin təqdim etdiyi yekun məlumatlara əsasən, Avrozonada sentyabr ayı ilə müqayisədə oktyabr ayında istehlak qiymətləri illik ifadədə 2.0%, aylıq ifadədə isə 0.3% artıb.

Dərc olunmuş hər iki göstərici analitiklərin proqnozları ilə üst-üstə düşdü.

Nəticədə, inflyasiya 1.7%-lik nəticə ilə sentyabr ayı ilə müqayisədə daha da sürətlənib.

Nəticədə, həftəyə 1.0530 səviyyəsində başlayan EURUSD məzənnəsi ucuzlaşaraq 1.0330 həddini test etdi.

Həftəlik şamını 1.0410 səviyyəsində tamamlayan və cari həftəyə "gap"-la başlayan EURUSD cütlüyündə tendensiyanın formalaşmasına cari həftə ərzində Avrozonada dərc olunacaq CPİ, eləcə də Almaniyada açıqlanacaq əmək bazarı göstəriciləri ciddi təsir edə bilər.

GBP

Keçən həftəyə 1.2620 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində 1.2490 həddinə qədər ucuzlaşdı və həftəni 1.2530 səviyyəsində tamamladı.

GBPUSD məzənnəsində "ayılar" qiyməti 1.26$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.

XAUUSD

İnvestorlar kar satışlarına yönəldiyi üçün qızıl qiymətləri son 3 həftənin pik nöqtəsindən geri döndü.

Ötən həftəyə 2565$ həddində start verən və həftəlik şamını 2715$ həddində tamamlayan qiymətli metal cari həftəyə 2692$-da start verdi. Hazırda, 2673$-da təklif olunan qızılda qarşıda duran əsas dəstək həddləri kimi, 2637$, 2600$ və 2536$ hədləri çıxış edir.

Qyed edək ki, dekabr ayında FED-dən yeni 25 baza bəndlik faiz endirimi ehtimalı keçən həftəki 62%-dən 51%-ə düşüb. Analitiklər qızıl kimi, strateji aktivləri daha az cəlbedici edən yüksək faiz dərəcələrinin metala daha çox təzyiq göstərə biləcəyini vurğulayırlar.

BİTKOİN

"Bitcoin", Donald Trampın qələbəsindən sonra başlayan rallinin hədəfi kimi göstərilən 100 min dollarlıq hədd yaxınlığından yaşanan kar şatışlarından sonra toparlanır.

Noyabrın 22-də 99588$-a çatdıqdan sonra başlayan satışlarla 96888$-a qədər geriləyən bitkoin, bugün 97800$-a yaxın hədlərdə dalğalanır.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

"İNVEST-AZ İnvestisiya Şirkəti"nin

Tədris və Analiz Departamenti

"İNVEST-AZ İnvestisiya Şirkəti"nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVEST-AZ İnvestisiya Şirkəti" yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://report.az
archiveBu xəbər 25 Noyabr 2024 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri