Icma.az
close
up
RU
InvestAZdan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZdan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Noyabr ayının 5-i ABŞ-da baş tutan prezident seçkilərində Donald Trampın qələbə qazanması fonunda beynəlxalq birjalarda başlayan dolların bahalaşması tendensiyası noyabrın son həftəsində bir qədər səngidi. EURUSD, GBPUSD məzənnələri ötən həftəyə 1.0480 və 1.2590 hədlərində başlasalar da, bahalaşaraq həftəni müvafiq olaraq 1.0580 və 1.2745 hədlərində başa vurdular. Major valyutalar arasından dollar qarşısında ən çox dəyər qazanan yapon yeni oldu. Belə ki, ötən həftəyə 154.080 səviyyəsində start verən USDJPY cütlüyü kəskin ucuzlaşaraq həftəni 149.640 həddində tamamladı.

Geosiyasi gərginliklər, eləcə də ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ilə FED administrasiyası arasında mümkün mübahisələr bazarlarda volatilliyi artırsa da, cümə günü Amerikada açıqlanacaq əmək bazarı, xüsusilə də, "NFP" göstəriciləri investorların beynəlxalq birjalarda mövqelərini təyin etməyə kömək edəcək. Qeyd edək ki, bu cari ilin dərc olunacaq son məşğulluq məlumatlarıdır.

Bu həftə, həmçinin, Amerikada, Avrozonada, Almaniyada, İngiltərədə açıqlanacaq sənaye və xidmət sektorlarında, eləcə də, Kompzit Biznes Aktivliyi İndeksi göstəriciləri, Avrozonada ÜDM hesabatı, FED sədri Cerom Pavelin və AMB sədri Kristin Laqardın çıxışları birjalara yön verə bilər.

EUR

Noyabrın ilk 3 həftəsini dəyər itirən EURUSD məzənnəsi, ötən həftə "buğalar"-ın ön plana çıxması ilə fərqləndi.

Bu bir həftəlik bahalaşmaya baxmayaraq avro yeni ayın ilk ticarət gününə enişlə başlayıb. Günün ilk ticarət saatlarında 1.0520 hədlərinə kimi ucuzlaşan EURUSD məzənnəsində tendensiyanın necə davam edəcəyini aydınlaşdırmaq üçün investorlar, Amerika iqtisadiyyatındakı mənzərə ilə paralel olaraq, bu həftə Avrozonada və Almaniyada açıqlanacaq PMİ rəqəmləri, ÜDM hesabatı və Ticarət Saldosu məlumatlarını da diqqətdə saxlayacaqlar.

GBP

Keçən həftəyə 1.2590 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində 1.2506 həddinə qədər ucuzlaşsa da, buradan dəstək taparaq bahalaşdı və həftəni 1.2745 səviyyəsində tamamladı.

GBPUSD məzənnəsində "ayılar" qiyməti 1.26$ həddinin altına qaytara bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.

XAUUSD

Dərc olunan son inflyasiya məlumatları FED-in faiz endirimini dəstəklədiyi üçün qızılda qiymətlərində üfüqi dalğalanma müşahidə olunur.

ABŞ dollarının bahalaşması sürətini itirdikcə qiymətli metala olan təzyiqlər də azalıb. Lakin, güclü dollar bir çox alıcı üçün qiymətli metala investisiya qoyuluşlarının maya dəyərini bahalaşdırır.

Ötən həftə ABŞ prezidenti Bayden mətbuata açıqlamasında Livan və İsrail hökumətləri arasında atəşkəs razılaşmasının əldə edildiyini açıqlayıb və Livan Silahlı Qüvvələrinin 60 gün ərzində Livanın cənub sərhəddinə yerləşdiriləcəyini və bu bölgəyə nəzarəti təmin edəcəyini bildirib.

Geosiyasi gərginliyin zəifləməsi çox vaxt qızıla mənfi təsir göstərir və onun "güvənli liman" kimi cəlbediciliyini azaldır.

Ötən həftəyə 2692$ həddində start verən və həftəlik şamını 2652$ həddində tamamlayan qiymətli metal cari həftəyə 2650$-da start verdi. Hazırda, 2626$-dan təklif olunan qızılda qarşıda duran əsas dəstək həddləri kimi, 2600$ və 2536$ hədləri çıxış edir.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

"İNVEST-AZ İnvestisiya Şirkəti" QSC-nin

Tədris və Analiz Departamenti

"İNVEST-AZ İnvestisiya Şirkəti"nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVEST-AZ İnvestisiya Şirkəti" yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://report.az
archiveBu xəbər 02 Dekabr 2024 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri