Icma.az
close
up
RU
InvestAZdan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZdan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən həftənin son ticarət günündə dərc olunan statistik rəqəmlərə görə, ABŞ-da Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin sayı (NFP) noyabrda 227 min nəfər artaraq bazar proqnozlarını üstələyib. İqtisadçılar isə artımın 202 min olacağını ehtimal edirdilər. Məlumatlara görə, noyabr ayında işsizlik səviyyəsi 4,2 % olaraq açıqlandı. Bu göstərici üçün isə proqnoz 4,1 % idi. İnflyasiya görünüşü baxımından izlənilən saatlıq qazanc tərəfində orta səviyyədə də olsa, ehtimalları üstələyən bir mənzərə ortaya çıxdı. Orta saatlıq qazanc noyabr ayında bir əvvəlki ayla müqayisədə 0.4% artdı. Proqnoz isə artımın 0,3 % olacağı yönündə idi. Orta saatlıq qazancların illik artımı 3.9% ehtimal olunsa da 4 % təşkil edib.

Əmək bazarına dair açıqlanan rəqəmlərə əsasən, ümumi mənzərə kifayət qədər yaxşı görünsə də, dollar major valyutalar qarşısında mövqelərini qoruya bilmədi.

Bu həftə isə iqtisadi təqvimdə yer alan ən önəmli xəbərlər, Avropa, İsveçrə və Avstraliya Mərkəzi banklarının faiz qərarlarıdır. Həftə ərzində, həmçinin, Amerikada, Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi və İstehsal Qiymətləri İndeksi göstəriciləri, eləcə də, İngiltərədə dərc olunacaq ÜDM hesabatı birjalara yön verə bilər.

EUR

Ötən həftə Avropa Statistika İdarəsinin (Eurostat) açıqladığı üçüncü rübün ÜDM hesabatına əsasən, Avrozonada mövsümi təsirlərdən təmizlənmiş ÜDM 2024-cü ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0.4 % artıb.

İqtisadi artıma baxmayaraq, cari həftənin cümə axşamı günü Avropa Mərkəzi Bankının uçot dərəcələrini 0,50 % endirəcəyinə dair ehtimallar birjaları dilemma qarşısında qoyub.

Ötən həftəyə 1,0560 səviyyəsində start verən EURUSD məzənnəsi həftə ərzində 1.0460 səviyyəsinə kimi ucuzlaşsa da, buradan dəstək görərək bahalaşdı və həftəlik şamını elə 1,0560 həddində tamamladı.

Günün ilk ticarət saatlarında 1.0530 hədlərində qərarlaşan EURUSD məzənnəsində tendensiyanın necə davam edəcəyini aydınlaşdırmaq üçün investorlar, bu həftə Avropa Mərkəzi Bankının faiz qərarı və Almaniyada açıqlanacaq CPİ rəqəmlərini diqqətdə saxlayacaqlar.

GBP

Keçən həftəyə 1,2720 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində 1.2610 həddinə qədər ucuzlaşsa da, buradan dəstək taparaq bahalaşdı və həftəni 1,2740 səviyyəsində tamamladı.

GBPUSD məzənnəsində "ayılar" qiyməti 1,26 ABŞ dolları həddinin altına qaytara bilsələr, eniş tendensiyası davam edə bilər.

XAUUSD

Noyabrın 26-dan bəri üfüqi dalğalanma sərgiləyən qızıl qiymətlərində tendensiyanın necə davam edəcəyini aydınlaşdırmaq üçün investorlar, bu həftə Amerikada dərc olunacaq inflyasiya göstəriciləri, eləcə də, AMB-nin və İsveçrə Mərkəzi Bankının fazi qərarını yaxından izləyəcəklər.

ABŞ dollarının bahalaşması sürətini itirdikcə qiymətli metala olan təzyiqlər də azalıb. Lakin, güclü dollar bir çox alıcı üçün qiymətli metala investisiya qoyuluşlarının maya dəyərini bahalaşdırır.

Ötən həftəyə 2656$ həddində start verən və həftəlik şamını 2633 ABŞ dolları həddində tamamlayan qiymətli metal hazırda 2639 ABŞ dollarından ticarət olunur. Qızılda mümkün eniş ssenarisində qarşıda duran əsas dəstək həddləri kimi, 2600 ABŞ dolları və 2536 ABŞ dolları hədləri çıxış edir.

OİLUK

Ötən həftə Səudiyyə Ərəbistanının başçılıq etdiyi "OPEC"-in enerji və neft nazirlərinin və Rusiyanın başçılıq etdiyi "OPEC+" ölkələrinin enerji və neft nazirlərinin bazar konyukturasını qiymətləndirmək üçün onlayn şəkildə bir araya gəldiyi 38-ci "OPEC" və "OPEC+" Nazirlər Toplantısı baş tutdu.

"OPEC"-in verdiyi açıqlamaya görə, 2025 və 2026-cı illər üçün üzv ölkələrin ümumi hasilat həcmi gündəlik 39 milyon 725 min barel olacaq.

"OPEC"-dən verilən başqa bir açıqlamaya görə, bəzi ölkələrin gündəlik könüllü olaraq tətbiq etdiyi 1,65 milyon barellik hasilat azaltmasının 2026-cı ilin dekabr ayının sonuna qədər uzadılmasına qərar verilib.

Lakin, qərara baxmayaraq neft qiymətlərində müşahidə olunan eniş tendensiyası səngimir. Keçən həftəyə 72,40 ABŞ dolları həddində başlayan OİLUK həftə ərzində 74,70 ABŞ dollarına kimi bahalaşsa da, "ayılar"ın təzyiqi ilə yenidən ucuzlaşdı və həftəlik şamını 71,40 ABŞ dolları həddində tamamladı.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

"İNVEST-AZ İnvestisiya Şirkəti" QSC-nin Tədris və Analiz Departamenti

"İNVEST-AZ İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://report.az
archiveBu xəbər 09 Dekabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri