İnvestisiya Forumunda sazişlərin dəyəri 10 mlrd. dolları ötüb NAZİR
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 10 milyard dollardan çox saziş imzalanıb. SİA xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, Azərbaycanın strateji mövqeyi və müasir infrastruktur layihələri ölkəni malların, insanların və ideyaların qovşağına çevirib və bu, onun beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.
O vurğulayıb ki, imzalanmış iri investisiya sazişləri ölkənin innovasiya ekosisteminə güclü təkan verəcək.
Cabbarov əlavə edib ki, Azərbaycan 2025–2028-ci illəri əhatə edən ilk milli süni intellekt strategiyasını hazırlayıb və bu sənəd rəqabət qabiliyyətinin gücləndirilməsinə, rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 29 Sentyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















