Icma.az
close
up
RU
İqtisadiyyat nazirinin müavini Türkmənistan İnvestisiya Forumunda

İqtisadiyyat nazirinin müavini Türkmənistan İnvestisiya Forumunda

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkmənistan İnvestisiya Forumunda Azərbaycanın əlverişli işgüzar mühiti barədə məlumat verilib.

News24.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, 18-19 sentyabr tarixlərində Türkmənistanın Avaza şəhərində Türkmənistan İnvestisiya Forumu keçirilib. Müxtəlif dövlətlərin, xarici qurumların nümayəndələrinin, iş adamlarının iştirakı ilə keçirilən forumda ölkələrin iqtisadi potensialının təqdimatı keçirilib, beynəlxalq tərəfdaşlıq və investisiya əməkdaşlığının inkişaf etdirilməsi imkanları müzakirə olunub. Tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov təmsil edib. 

Forum çərçivəsində təşkil edilən “Türkmənistanın investisiya cəlbediciliyi strateji səmərəlilik amili kimi” plenar sessiyasında iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov çıxış edib. O qeyd edib ki, Azərbaycan və Türkmənistanın dövlət başçıları arasında yüksək səviyyəli etimad və qarşılıqlı anlaşma ölkələrimizin əməkdaşlığının gücləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Türkmənistan və Azərbaycan mühüm birgə layihə və təşəbbüslər həyata keçirir. Ölkələrimiz arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyinin artırılmasında önəmli rol oynayır. Azərbaycan-Türkmənistan tranzit daşımaları istiqamətində son illər artım müşahidə olunur. 2025-ci ilin ilk yeddi ayında tranzit daşımalarının həcmi 1,28 milyon tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. Bu nəticələr nəqliyyat və logistika sektorunda işbirliyinin gücləndiyini əyani şəkildə nümayiş etdirir. 

Forumda Azərbaycanın əlverişli işgüzar mühiti, azad edilmiş ərazilərdə aparılan böyük tikinti-quruculuq işləri və investorlar üçün yaradılan imkanlar, tətbiq edilən güzəştlər, ölkənin strateji nəqliyyat və logistika infrastrukturu, Zəngəzur dəhlizinin perspektivləri, Ələt Azad İqtisadi Zonasının və sənaye zonalarının investisiya potensialı barədə məlumat verilib. Nazir müavini enerji, ticarət, qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanlarını qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 Sentyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see171

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see138

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see129

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see127

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see123

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see123

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri