İnvestorlar Avropa bazarına olan marağını itirir KİV
Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.
Avropa iqtisadiyyatı həddindən artıq bürokratiya və yüksək enerji qiymətləri səbəbindən rəqabət qabiliyyətini və investorlar üçün cəlbediciliyini itirir.
Teleqraf.com xəbər verir ki, bu barədə DPA agentliyi Avropa Komissiyasının hesabatına istinadən məlumat yayıb.
Hesabatın məlumatları göstərir ki, 2008-2021-ci illər arasında qiyməti 1 milyard dolları keçən Avropa startaplarının demək olar ki, üçdə biri ofislərini Aİ hüdudlarından kənara köçürüb. Eləcə də dünyanın 50 ən böyük texnologiya şirkətindən yalnız 4-ü Avropada yerləşir. Buna görə də Avropada əmək məhsuldarlığı ABŞ-dən aşağı olaraq qalır.
Sənəddə həmçinin qeyd olunur ki, enerjinin yüksək qiyməti, ixtisaslı mütəxəssislərin çatışmazlığı və mürəkkəb bürokratik sistem Avropa iqtisadiyyatının inkişafına mane olan əsas amillərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 11 Yanvar 2025 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















