Icma.az
close
up
RU
IP mətbuatımızın başına ip dolayıb fırladır Qalib İbrahimoğlu yazır

IP mətbuatımızın başına ip dolayıb fırladır Qalib İbrahimoğlu yazır

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

İllər əvvəl, qəzetin qəzet olan vaxtlarında bir yalan məlumata görə, işçi işdən çıxarılardı. Bir dəqiqləşdirilməmiş xəbər qəzetin bağlanmasına səbəb olardı.

Yenə də qəzetin qəzet olan vaxtlarında “Ekspress” qəzetində bir qətl hadisəsi ilə bağlı məlumat getmişdi. Başlıq təxminən belə idi: “Filankəs bəhmənkəsin başını kəsdi”.

Qəzet satışda olan gün redaksiyaya bir qadın və cavan oğlan gəldi. Redaktorlaın otağına girərik, salamsız-kəlamsız, boğazını göstərərək, “Baxın, boğazımda kəsik yeri var? Boğazım necə kəsilib ki, mən ayaq üstəyəm?” deyərək, yazıya etirazını bildirdi. Haqlı da idi.

Şikayətçilər müəllifin üzrxahlğından, qəzetin növbəti sayında təkzib veriləcəyi vədindən sonra sakitləşdilər. Bir qəzetin də təkzib verməsi, oxucularda o qəzetə inamsızlıq yaradırdı.

İndi isə...

... Deputat Qənirə Paşayeva vəfat etdi. Bir qədər keçir, xəbər başqa başlıqla təqdim olunur: Qənirə Paşayevanın vəfat xəbəri TƏKZİB OLUNDU – YENİLƏNİB.

...Əməkdar artist Aygün Bəylər dünyasını dəyişdi. Çox keçmir bu xəbər də təkzib olunur. Yenə də boldla qırmızı rənglə YENİLƏNİB yazılır.

.. Aktyor Azər Baxşəliyev vəfat etdi. Oxucu yazıq yazını oxuyub bitirməmiş, F5 edir, yazı bu dəfə başqa başlıqladır: Azər Baxşəliyev komadadır - YENİLƏNİB.

Bununla neçənci dəfədir, içi bizim sayt qarışıq, mətbuatımız oxucuları belə xəbərlərlə sözün əsl mənasında, aldadır.

Bəlkə də özümüz fərqində deyilik, “Xəbəri birinci mən verdim” xəstəliyi mətbuatımızın evini yıxır.  Amma çox keçmir, məlumatı birinci yayan sayt, agentlik, xəbər portalı elə birinci də silir. Niyə? Çünki dəqiqləşdirilməmiş məlumatdı. Çünki əksəriyyətimiz telefonu əlimizə alıb, məlumatın doğru-yalan olduğunu öyrənmək istəmirik.

Dəqiqiləşdirməyə çalışanda isə, məlumat verməli olan qurumların naz-qəmzəsi jurnalisti üzür. Axı, mətbuat xidmətindən bizim əvəzimizə yazı yazmağını, redaktə etməyini istəmirik. İstəyimiz, ona ünvanlanan sorğunu vaxtında cavablandırmasıdı, vəssalam. Biz də hesab edirik ki, filankəs bəy və ya xanımın kefinin kök vaxtına düşüb sorğunu cavablandıranacan “X” saytı o məlumatı yayacaq və ölkə mətbuatı da istinadlı-istinadsız həmin xəbəri tirajlayacaq.

Bunun da başında IP durur. Nə qədər ki, IP dalınca qaçıb, dəqiqləşdirilmiş məlumatı oxucuya sırımağa çalışacağıq (başqa ad tapa bilmədim), elə o IP mətbuatımızın başına ip dolayıb fırladacaq.

Bu qədər...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Yanvar 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri