Icma.az
close
up
RU
Şəhid ailələrini, qaziləri yazıqlaşdırmayaq, UCALDAQ Qalib İbrahimoğlu yazır

Şəhid ailələrini, qaziləri yazıqlaşdırmayaq, UCALDAQ Qalib İbrahimoğlu yazır

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bərbərxana. Bərbər müştərinin saçını qırxır. Salonda da 5-6 gənc seçki məntəqəsinin üzvləri kimi cərgəylə oturub növbə gözləyirlər.

İçəri bir qadın daxı olaraq  yazıq görkəmdə dillənir:

- Oğlum, mənim oğlumun da saçını qırxarsan?

- Anam, bu müştəridən somra “kliyent”lər var.  - Bərbər deyir.

- Oğlum qazidi, bala. Ayaq üstə dura bilmir.  - Qadın bir az yazıqlaşır.

-Nə?! Qazi?!

Bərbər özünə bir əl qatır ki, gəl görəsən.

Müştəriyə üzünü tutaraq, “kişi, olar qazi qardaşımızı yola salaq?” deyib cavab gözləmədən qapıya tərəf yüyürür. Və bu zaman bir qardaşımız əlində əsa içəri girir. Girən kimi də bayaq məntəqə seçki komissiyasının üzvləri kimi cərgəylə oturan gənclər hamısı ayağa qalxır...

O gün sosial şəbəkədə qarşıma çıxan bu videoya  hövsələmi basıb axıradək baxdım. Baxmaz olaydım.

Özlüklərində guya şəhid ailələrinə, qazilərə diqqət və qayğını göstəriblər. Adına da sosial çarx deyirlər. Cılızdan da cılız, zəifdən də zəif bir video.

Qazi anası özünü niyə elə zəif tutmalıdır? Şəhid ailəsini niyə yazıq  göstəririk?

Çünki belə “sosial çarx”ların təqdimatında şəhid anası daim göz yaşı içində, boynubükük, səsi titrəyən bir qadın kimi göstərilir. Bu cür “sosial çarx”lardır ki, qazini əlində əsa oturub kömək diləyən bir obraz kimi təqdim edirlər. Guya “hörmətin” göstəricisidir. O hörməti alçaltmaqla, yazıqlaşdırmaqla göstərəcəksənsə, göstərmə.

Şəhid anası başını dik tutmalıdır. Bu xalqın ən uca məqamına sahibdir  o ana - Vətən üçün oğul böyüdüb.

Qazi əsayla gəzə bilər, amma milyonlardan ucadır. Onları gücsüz deyil, iradəsi və fədakarlığı ilə güclülərdən də güclü göstərmək lazımdır.

Cəmiyyət olaraq borcumuz bu ailələrə mərhəmətlə yanaşmaq deyil, qürurla yanaşmaqdır. Onları belə cılız sosial çarxların yazıq qəhrəmanları etməyək. Qaziləri, şəhid ailələrini ucuz sentimental kadrlarda yox, real həyatda başı uca görək. Şəhid ailələrinin, qzilərin ehtiyaclarını dilənçi payı kimi təqdim etməyək, bunu Dövlətin və Xalqın borcu kimi həll etmək lazımdır.

Şəhidlik, qazilik gücün, iradənin, ləyaqətin təcəssümüdür. Vətən üçün qan tökən, canından keçən oğulların hekayəsini yazıqcasına yox, şərəfli bir hekayə olaraq təqdim edək. Əks halda, sosial şəbəkələrdə paylaşılan belə “sosial çarxlar” cılız, cılız olduğu  qədər də bayağı görüntüdən o tərəfə keçməyəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Avqust 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri