Icma.az
close
up
RU
“İpək Yolu” Qrupuna yeni üzv qəbul edilib

“İpək Yolu” Qrupuna yeni üzv qəbul edilib

Azvision saytına istinadən Icma.az xəbər verir.

Gündəlik təsdiqləndikdən sonra çıxış edən ATƏT PA-nın Prezidenti xanım Pia Kauma, İpək Yolu Qrupunun Assambleyanın ikinci ölçüsünü gücləndirən, inklüziv və şəffaf fəaliyyət göstərən əsas platformalardan birinə çevrildiyini vurğulayıb.

ATƏT PA-nın Baş katibi cənab Roberto Montella isə çıxışında Qrupun təşkilata yeni ideyalar qazandırmaq, dövlətləri ortaq maraqlar ətrafında birləşdirmək baxımından uğurlu model olduğunu bildirib və bu platformadan əldə olunan faydanı yüksək qiymətləndirib.
İclas zamanı San Marinonun İpək Yolu Qrupuna üzvlük müraciəti müzakirəyə çıxarılıb. San Marino nümayəndə heyətinin rəhbəri Oskar Mina ölkəsinin qrupa olan böyük marağını ifadə edərək, rəsmi şəkildə üzvlük istəklərini bəyan edib. Müzakirələrin ardından məsələ səsverməyə qoyulub və yekdilliklə dəstəklənərək San Marino İpək Yolu Qrupunun 28-ci üzvü olub.

İclasda 2025-ci ilin may ayında Monteneqroda keçirilmiş 5-ci Beynəlxalq Konfransın nəticələrinə dair Monteneqro tərəfinin hesabatı dinlənilib və qəbul edilən qərarlar müzakirə olunub.
Həmçinin 2026-cı ilin yanvar ayında İpək Yolu Qrupu ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) birgə tədbirinin keçirilməsi təklifi gündəmə gəlib. QDİƏT PA-nın Baş katibi Asəf Hacıyev tədbirin İstanbulda və ya təşkilata üzv digər ölkələrdən birində keçirilməsini təklif edib. Gürcüstan nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze isə ölkəsinin bu tədbirə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.

Daha sonra İpək Yolu Qrupunun 6-cı Beynəlxalq Konfransının keçirilməsi məsələsinə baxılıb. San Marino nümayəndə heyətinin rəhbəri Oskar Mina bu tədbiri 2026-cı ilin may ayında ölkəsində keçirmək istədiyini qeyd edib və tədbirin əsas mövzusunun dezinformasiya və yalan xəbərlərlə mübarizəyə həsr olunmasını təklif edib.
Özbəkistan nümayəndə heyətinin rəhbəri Sadiq Safayev isə alternativ olaraq konfransın Səmərqənddə keçirilməsini və mövzu kimi beynəlxalq nəqliyyat məsələlərinin seçilməsini irəli sürüb.

Sonda çıxış edən Azay Quliyev İpək Yolu Qrupunun tədbirlərinə ev sahibliyi etmək istəyən ölkələrin artmasının qrupun nüfuzunun göstəricisi olduğunu vurğulayıb və QDİƏT PA-ya, Gürcüstana, San Marinoya və Özbəkistana təşəkkürünü bildirib.
Qərara alınıb ki, təqdim olunan bütün təkliflər diqqətlə dəyərləndiriləcək və üzv ölkələrlə aparılacaq məsləhətləşmələrdən sonra yekun qərar ATƏT PA-nın bu ilin 17–19 noyabr tarixlərində İstanbulda keçiriləcək payız sessiyasında elan ediləcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://azvision.az
archiveBu xəbər 29 İyun 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri