Icma.az
close
up
RU
Tarixi İpək Yolu da rəqəmsallaşır

Tarixi İpək Yolu da rəqəmsallaşır

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəzər qlobal rəqəmsal infrastrukturun vacib hissəsinə çevriləcək


İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” - "Digital Silk Way" layihəsinin mühüm komponenti olan Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi üzrə dəniz marşrutunun tədqiqatına başlanılıb. Qeyd edək ki, Transxəzər Fiber-Optik Kabel Xətti — layihəsi Azərbaycan və Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanına sahib magistral fiber-optik kabel xətlərinin çəkilməsi üzrə layihədir. Dəniz marşrutunun tədqiqatı sahilyanı ərazilərin təhlili və dəniz dibinin detallı araşdırılması mərhələlərini əhatə edəcək.



 Tədqiqat strateji əhəmiyyətə malik layihənin inşası üçün ən qısa, təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı marşrutun müəyyənləşdirilməsinə imkan verəcək. Azərbaycan və Qazaxıstanda paralel olaraq başlayan tədqiqat işlərinin dörd həftəyə qədər davam edəcəyi gözlənilir. “AzerTelecom” şirkətinin Direktorlar şurasının sədri Emil Məsimov və şirkətin rəhbər heyəti tədqiqat işlərini həyata keçirəcək “Türkan” gəmisini ziyarət edərək, gəminin texniki imkanları ilə tanış olub və müasir avadanlıqlara baxış keçiriblər. Emil Məsimov gəmi heyəti və mühəndislərlə görüş zamanı layihənin strateji əhəmiyyətini vurğulayıb: “Transxəzər Fiber-Optik Kabel layihəsi çərçivəsində işlər sürətlə aparılır və dəniz marşrutu tədqiqatını həyata keçirməklə biz layihənin tikintisi üzrə əsas mərhələnin icrasına başlayırıq. Regional rəqəmsal bağlantını gücləndirəcək və Xəzər dənizini qlobal rəqəmsal infrastrukturun vacib hissəsinə çevirəcək layihənin bu mərhələsinin həyata keçirilməsi üçün ən qabaqcıl texnologiyalar və peşəkar mütəxəssislər cəlb olunub. Əminəm ki, həm Azərbaycan, həm də Qazaxıstan tərəfində işlər planlaşdırılan qrafikə uyğun olaraq uğurla yekunlaşdırılacaq”. Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi çərçivəsində Sumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda fiber-optik kabel xətti çəkiləcək. Planlaşdırılan 400 Tbit/s ötürmə qabiliyyəti ilə bu sualtı rabitə xətti böyük həcmdə məlumat ötürülməsini təmin edəcək. Tikinti işlərinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır. Layihənin icraçıları Azərbaycanın “AzerTelecom” və Qazaxıstanın “Kazakhtelecom” şirkətləridir. Texniki nəzarət və məsləhət dəstəyi ABŞ-nin “Pioneer Consulting” şirkəti tərəfindən təmin edilir. Transxəzər Fiber-Optik Kabel Xətti müxtəlif ölkələr, o cümlədən Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi olan “Rəqəmsal İpək Yolu” layihəsinin önəmli hissəsidir. Bu rəqəmsal infrastruktur məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək. Layihənin icraçılarından biri olan “AzerTelecom” yerli, regional və beynəlxalq istiqamətlərdə sürətlə inkişaf edərək cəmiyyətin və İKT sektorunun dayanıqlı inkişafını təmin etmək üçün daim qabaqcıl texnologiyaları və innovasiyaları tətbiq edir. Layihənin digər icraçısı “Kazakhtelecom” da Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir. Şirkət sabit telefon, genişzolaqlı internet, rəqəmsal televiziya, mobil rabitə və digər telekommunikasiya xidmətləri təqdim edir. 

Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilməsini müsbət addım adlandıran Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib ki, Transxəzər layihəsi addım-addım reallığa çevrilir. Avropa ilə Asiyanı birləşdirəcək, Xəzərin dibi ilə çəkiləcək Fiber-Optik Kabel Xətti üzrə 380 km-lik marşrutun keçəcəyi ərazinin araşdırılmasına başlanılıb. Bu işi həyata keçirən “Türkan” gəmisi dənizdə rəqəmsal kabel xəttinin çəkiləcəyi sahədə sualtı relyefin, torpaq quruluşunun və texniki şəraitin öyrənilməsini reallaşdıracaq. Dəniz marşrutunun tədqiqatı sahilyanı ərazilərin təhlili və dəniz dibinin detallı araşdırılması mərhələlərini əhatə edəcək. Tədqiqat ən qısa, təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı marşrutun müəyyənləşdirilməsinə imkan verəcək. Gəmi müasir cihazlarla təchiz olunmuş xüsusi tədqiqat və texniki mühəndislik gəmisidir. Bütün bunlardan sonra isə yalnız bir əsas iş qalır; kabelin dəniz dibi ilə çəkilişinə start veriləcək. O.Gündüz xatırladıb ki, son 30 ildə Xəzərin dibi ilə bu tip layihələrin reallaşmasına müxtəlif ölkələr tərəfindən ciddi müqavimətlər olub. Lakin hazırda görünən odur ki, Azərbaycan və Qazaxıstan, "Azertelecom" və "Kazakhtelecom" bu nəhəng layihənin reallığa çevrilməsinə xeyli yaxınlaşıblar. Layihə Azərbaycanın rəqəmsal tranzit ölkəyə, həmçinin regional data və texnoloji mərkəzə çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır.


“Transxəzər Fiber-Optik Kabel xəttini tikintisinin Rəqəmsal İpək Yolu layihəsinin mühüm hissəsi olduğunu deyən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov “Şərq”ə açıqlamasında qeyd etdi ki, illərdir reallaşma mərhələsində olan layihə nəhayət aktiv fazaya keçib: 


- Transxəzər Fiber-Optik Kabel Xətti üzrə dəniz marşrutu tədqiqatına başlanılması uzun müddətdir gündəmdə olan, lakin regionda hüquqi, texniki və diplomatik səbəblərə görə ləngiyən mühüm təşəbbüsün icrasının sürətlənməsini nümayiş etdirir. Əvvəllər bu layihənin reallaşmasına əsas əngəllərdən biri Xəzər dənizinin hüquqi statusunun tam aydın olmaması və regional razılaşmaların yetərincə formalaşmaması idi. Bu gün isə regional rəqəmsal əməkdaşlığa və informasiya təhlükəsizliyinə dair daha çevik və praktiki yanaşma müşahidə olunur. Sumqayıt–Aktau xətti üzrə planlaşdırılan 400 Tbit/s ötürmə qabiliyyəti regionun rəqəmsal informasiya axını üçün yeni imkanlar yaradacaq. Bu, yalnız texniki inkişaf deyil, həm də Azərbaycanın beynəlxalq rəqəmsal bazarlardakı mövqeyinin güclənməsi baxımından strateji addımdır. Hazırda həyata keçirilən tədqiqat mərhələsi dəniz dibi və sahilyanı ərazilərin təhlilini əhatə edir, bu isə kabelin təhlükəsizliyi və ekoloji davamlılığını təmin etmək baxımından vacibdir. Layihənin 2026-cı ilin sonuna qədər başa çatdırılması planlaşdırılır və Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistanı birləşdirəcək regional rəqəmsal dəhlizin əsas halqasına çevriləcək. Nəticə etibarilə bu təşəbbüs, Xəzər dənizini rəqəmsal körpüyə çevirəcək. Paralel olaraq isə Azərbaycan üçün həm siyasi, həm də texnoloji baxımdan yeni imkanlar açacaq. Əsas məsələ, bu cür strateji layihələrə uzunmüddətli baxışla yanaşmaq və texnologiyanı regional əməkdaşlıqla uzlaşdırmaqdır.

E.Abbasov bildirdi ki, rəqəmsal texnologiyaların inkişafı dövrün zəruri tələbidir və ölkəmizdə bu sahədə müsbət irəliləyişlər əldə olunub: 

- Süni intellekt texnologiyalarının ölkədə etibarlı, məsuliyyətli və sistemli şəkildə tətbiqi istiqamətində mühüm addımlardan daha biri Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ISO/IEC 42001:2025 “İnformasiya texnologiyası – Süni intellekt – İdarəetmə sistemi” adlı dövlət standartının təsdiqlənərək qüvvəyə minməsidir. Bu sənəd süni intellekt sistemlərinin qurulması, tətbiqi, saxlanılması və davamlı təkmilləşdirilməsi proseslərinə dair beynəlxalq yanaşmalara əsaslanır. Eyni zamanda, etik prinsiplərə riayət, risklərin idarə olunması və şəffaflığın qorunması bu standartın əsas istiqamətləri kimi müəyyən edilib. Bu prosesi əhatə edən AZSTAND/TK 05 Texniki Komitəsinin bir üzvü kimi, həmin sənədin hazırlanması və təsdiqi mərhələsində iştirak etmək mənim üçün həm peşəkar, həm də şəxsi baxımdan əhəmiyyətli oldu. Bu addım, Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası çərçivəsində ölkədə rəqəmsal inkişafın daha dayanıqlı və etibarlı əsaslar üzərində qurulmasına dəstək verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Avqust 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see279

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see209

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see199

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see196

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see190

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see181

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see180

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see176

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see175

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see172

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see170

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see168

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see166

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see166

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see162

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see162

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see161

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see160

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see159

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri