“iPhone” almağa gedənlər şoka düşdülər Nazirlik HƏRƏKƏTƏ KEÇDİ
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Yeni "iPhone” modellərinin satışa çıxarılmasından sonra bəzi istehlakçılar tərəfindən diqqətçəkən şikayətlər səsləndirilib.
Türkiyə mətbuatı bildirir ki, iddialara görə, bəzi texnologiya mağazalarında telefon almaq istəyən müştərilər qarşısında kasko və ya sığorta xidmətindən də istifadə etmək şərti qoyulub.
İstehlakçılardan biri təxminən 28 min lirə dəyərində kasko xidmətindən istifadə etdiyi halda telefonu ala biləcəyinin ona bildirildiyini iddia edib.
Digər bir istehlakçı isə kasko təklifini qəbul etmədikdən sonra telefonun başqa bir müştəri tərəfindən internet üzərindən alındığı əsas gətirilərək satışın həyata keçirilmədiyini söyləyib.
İddiaların gündəmə gəlməsindən sonra Türkiyənin Ticarət Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb:
"Bir mal və ya xidmətin satışı başqa bir mal və ya xidmətin satın alınması şərtinə bağlana bilməz”.
Məlumata görə, Ticarət Nazirliyi şikayətlərə səbəb olan məkanlarda araşdırma aparacaq.
///musavat///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 20 Sentyabr 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















