Bitki çaylarında ölümcül təhlükə Nazirlik hərəkətə keçdi
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Türkiyə Dərman və Tibbi Cihazlar Agentliyi (TİTCK) bitki çaylarında təhlükəli maddələrin aşkarlanması fonunda bəzi məhsulların lisenziyalaşdırılması və yalnız apteklərdə satılması ilə bağlı yeni qaydaların hazırlanmasına başlayıb.
Agentliyin rəhbəri Prof. Dr. Ahmet Ayar bildirib ki, bəzi bitki çaylarında təxminən 2 min kimyəvi maddə aşkar edilib və bu maddələrin çoxu sinir və damar sisteminə mənfi təsir, genetik zədələnmə və orqan pozğunluğu yarada bilir.
Milli.Az xəbər verir ki, Prof. Dr. Ahmet Başaran da xəbərdarlıq edərək bildirib:
"St John's Wort, adaçayı, yaşıl çay kimi məhsulların uzunmüddətli və yüksək dozada istifadəsi qaraciyər və böyrəklərdə ciddi fəsadlara səbəb olur" .
Mütəxəssislər xüsusilə nəzarətsiz istehsal edilən və arıqlamaq məqsədilə geniş istifadə olunan çayların sağlamlıq üçün ölümcül risklər daşıdığını vurğulayır.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 25 İyun 2025 03:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















