iPhone istifadəçiləri TƏHLÜKƏDƏ: İfşa oldu
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"iPhone" istifadəçiləri üçün yeni təhlükə yaranıb.
Milli.Az xəbər verir ki, Axios nəşri hakerlərin artıq xüsusi xidmət orqanları üçün hazırlanmış casus proqramlar əsasında yazılmış viruslarla "iPhone" cihazlarını sındırmağa başladığını bildirib.
Məlumata görə, nəşr bu barədə Google, iVerify və Lookout şirkətlərinin kibertəhlükəsizlik üzrə mütəxəssislərinin araşdırmalarına istinad edib. Bildirilir ki, "Coruna" adlı xüsusi proqram təminatı aşkarlanıb və bu alət "adı açıqlanmayan dövlət sifarişçisi" üçün hazırlanıb.
TechCrunch isə iddia edir ki, sözügedən proqramlar ABŞ hökuməti üçün hazırlanmış ola bilər. Mütəxəssislərin fikrincə, məhz sonradan baş verən sızma bu alətin kibercinayətkarların əlinə keçməsinə yol açıb.
Apple şirkətinin nümayəndəsi Sara O'Rurk bildirib ki, iOS sistemindəki müvafiq boşluqlar artıq aradan qaldırılıb. Buna baxmayaraq, kibertəhlükəsizlik üzrə ekspertlər zərərli proqramların təsirinin yalnız qismən önlənə bildiyini vurğulayırlar.
Beləliklə, mütəxəssislər iPhone istifadəçilərinə cihazlarını və əməliyyat sistemini dərhal yeniləməyi, naməlum keçidlərə daxil olmamağı və əlavə təhlükəsizlik tədbirlərinə diqqət yetirməyi tövsiyə edirlər. /Musavat.com
Milli.Az
Baxış sayı:119
Bu xəbər 23 Mart 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















