Icma.az
close
up
RU
Uşaqların həyatı təhlükədə

Uşaqların həyatı təhlükədə

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Uşaqların həyatı təhlükədə – Bu oyunlar ölümə aparır.

Yardımlının Zevin kəndində 15 yaşlı Ələkbər Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb. Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları evdən müvafiq sənədləri olan bir ədəd “TOZ” markalı ov tüfəngini götürüblər. Məlumata görə, yeniyetmənin son bir həftədir özünə qapalı olduğu və ailəsinə qarşı aqressiv davranışlar nümayiş etdirdiyi müşahidə edilib. O, intihar etməmişdən qabaq məktub yazıb. Həmin məktubda hansısa oyunda Ə.Şükürlüyə vaxt təyin edildiyi və o tarixə qədər özünü öldürməli olduğu qeyd edilib.

Bildirək ki, Ə.Şükürlü evin sonbeşiyi və beş bacının tək qardaşı olub. Faktla bağlı Yardımlı rayon Prokurorluğunda araşdırma aparılır. Bu hadisənin ardınca daha bir məlumat yayıldı ki, Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə oxuyan şagirdə üzərində bir oyunun loqosu əks olunan və mobil nömrə yazılan kağızlar verilib. Bu iddia ilə Nurlan Mirəli adlı vətəndaş feysbuk hesabında paylaşım edib. “Bu gün 5-ci sinifdə oxuyan qızıma və onun sinif yoldaşlarına, böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq belə bir vərəq veriblər. Vərəqin bir üzünə mobil nömrə qoyulub, digər üzündə isə bir oyunun loqosu əks olunub. Və rusca ”mənə yaz” sözləri yazılıb. Bu oyunu quql üzərində araşdırdım, dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurduq, səsimizi eşidib söndürürlər”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov mətbuata bildirib ki, məktəbliyə verilən naməlum qrafalı vərəqəni polis araşdırır: “Sosial şəbəkələrdə yayılan naməlum qrafalı kağızlardan məlumatlıyıq. Bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır. Araşdırmalarla vərəqdə əks olunan ifadələrin mahiyyəti aydın olacaq”.

“Məktəblilərə paylanan qrafalı vərəqələr internet platformalarında onlayn şəbəkə oyunlarında komanda formalaşdırmaq məqsədilə təşkil olunub”. Bunu DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. E.Hacıyev deyib ki, iki azyaşlı tərəfindən onlayn oyuna çoxsaylı oyunçu təşviq etmək üçün vərəqələr 25 məktəbliyə verilib. Qeyd olunub ki, polis əməkdaşları tərəfindən bütün xüsuslar tam və hərtərəfli araşdırılıb və yoxlanılıb. İş üzrə əməldə ictimai təhlükəli hal aşkar olunmayıb, kriminal tərkib yoxdur. Qeyd edək ki, məktəbliyə verildiyi iddia edilən kağızdakı işarələr Koreya istehsalı “Squid game” serialından götürülüb. “Netflix”də yayımlanan serialın uşaqlar və yeniyetmələr üçün təhlükələri ola biləcəyi barədə xəbərdarlıq edilib.

Bəs çıxış yolu nədir? Uşaqlarımızı bu bəladan necə qorumalı? Son illərdə müxtəlif ölkələrdə gəncləri intihara sövq edən təhlükəli oyunların olduğu hər kəsə məlumdur. İntihar həddinə çatdıran oyunların aşağıdakılar olduğu deyilir:

1.”Mavi Balina” (Blue Whale Challenge). 2016-cı ildən etibarən bir çox ölkədə yeniyetmələr arasında yayılan bu oyun gəncləri 50 gün ərzində müxtəlif psixoloji və fiziki tapşırıqları yerinə yetirməyə məcbur edir. Oyunun son mərhələsi intihar etməyi tələb edir. Bu oyun sosial şəbəkələr vasitəsilə gizli qruplarda yayıldığı üçün valideynlərin nəzarət etməsi çətin olur.

2.”Momo Challenge”. “WhatsApp” və digər mesajlaşma platformaları vasitəsilə yayılan bu oyunda yeniyetmələr anonim şəxslər tərəfindən müxtəlif qorxuducu tapşırıqlara məcbur edilir. Oyun iştirakçılara psixoloji təzyiqlər göstərərək onları özlərinə zərər verməyə və hətta intihara sövq edir.

3.”Jonathan Galindo”. Bu oyun “Mavi Balina”ya bənzəyir və əsasən sosial şəbəkələrdə maskalı profillər vasitəsilə yeniyetmələri hədəfə alır. Onlara əvvəlcə sadə tapşırıqlar verilir, lakin getdikcə zorakılıq və intiharla bağlı şərtlər qoyulur.

4.”Qırmızı Bayquş” (Red Owl). Bu oyun haqqında məlumatlar az olsa da, onun da yeniyetmələri psixoloji təzyiq altında saxlayaraq intihara sövq etdiyi iddia edilir.

Mütəxəssislər qeyd edir ki, yeniyetmələri bu cür təhlükəli oyunlardan qorunması üçün ilk növbədə ailədə valideyn nəzarəti artırılmalıdır. Uşaqların internetdə hansı oyunları oynadığını və kimlərlə ünsiyyətdə olduğunu izləmək vacibdir. Həmçinin, yeniyetmə və uşaqların psixoloji vəziyyətə diqqət yetirilməlidir. Çünki qapalı və aqressiv davranışlar uşağın psixoloji problemlərlə üzləşdiyinə işarə ola bilər. Məktəblərdə və ailələrdə uşaqlara təhlükəli internet oyunları barədə məlumat verilməli, onların potensial risklərdən xəbərdar olması təmin edilməlidir.

Bundan başqa, bu məsələyə dövlət nəzarəti də gücləndirilməlidir. Yəni, bu cür oyunların yayılmasının qarşısını almaq üçün hüquq-mühafizə orqanları və kibertəhlükəsizlik strukturları daha ciddi tədbirlər görməlidirlər. Bir sözlə, ailələr və cəmiyyət birlikdə bu cür təhlükələrə qarşı mübarizə aparmalıdır.

Mövzu ilə bağlı psixoloq Azad İsazadə “Yeni Müsavat”a bildirib ki, hələ bir neçə il əvvəl Azərbaycanda təhlükəli “Mavi balina” oyunu yayılmağa başlamışdı: “Həmin vaxt bu oyun Qazaxıstanda və Rusiyada geniş yayılmışdı, xeyli sayda məktəbli, yeniyetmə onun qurbanı olmuşdu. Azərbaycanda isə geniş yayılmasa da, hər halda gəlib çıxmışdı və bununla bağlı mənə də müraciət olunmuşdu. Sözsüz ki, bu, böyük problemdir və təkcə Azərbaycan deyil, bütün dünya üçün. Bu cür müxtəlif təhlükəli oyunlar, şəbəkələr, qruplar yaranır və onların da qurbanları əsasən yeniyetmə və uşaqlardır. Çünki bu yaş kateqoriyasında olanlar təsir altına tez düşür, aldanır”.

“Bəs nə etməli?” – sualına cavabında A.İsazadə qeyd edib ki, ilk növbədə valideyn nəzarəti olmalıdır: “Valideyn bilməlidir ki, övladı internetdə neçə saat vaxt keçirir və harada nəyə baxır, nə işlə məşğul olur. İndi məktəblərə smartfon telefonların gətirilməsi qadağan olunur. Amma faktdır ki, 5-ci sinifdən yuxarı bütün şagirdlərin əlində smartfonlar var. Bəzən deyirlər ki, valideynlər uşaqları ilə daim əlaqədə olmaq üçün telefonu verir. Amma buna görə sadə telefonlar var, onlardan istifadə etmək olar. Yoxsa ki, bahalı smartfon telefonları uşaqlara alırlar, əlbəttə ki, uşaqlar da həmin telefonlardan təkcə əlaqə saxlamaq, dərs hazırlamaq üçün istifadə etmir, həm də müxtəlif arzuolunmaz saytlara, şəbəkələrə, oyunlara girir. Dövlətlər də çalışır ki, bu məsələləri ciddi nəzarətdə saxlasınlar, bununla bağlı müəyyən qadağalar var və sairə. Amma hesab edirəm ki, bu istiqamətdə geniş proqram olmalıdır”.

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://azpost.info
archiveBu xəbər 08 Fevral 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see402

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see306

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see261

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see249

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see223

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see221

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see219

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see218

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see205

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see204

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see186

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see186

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see182

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see167

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see166

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see166

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see165

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see165

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see163

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri