Icma.az
close
up
RU
iPhone istifadəçilərinin NƏZƏRİNƏ: təcili iOS u yeniləyin

iPhone istifadəçilərinin NƏZƏRİNƏ: təcili iOS u yeniləyin

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Apple gözlənilmədən artıq ən son iOS və iPadOS versiyalarını dəstəkləməyən köhnə cihazlar üçün yeni yeniləmələr təqdim edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu addım xüsusilə 2015-ci ildə buraxılmış cihazlardan istifadə edənlər üçün vacib hesab olunur, çünki yeniləmələr kritik təhlükəsizlik düzəlişlərini ehtiva edir.

Hansı versiyalar yenilənib?

Yeni yeniləmələr aşağıdakı sistem versiyaları üçün təqdim olunub:

iOS 16.7.15 və iOS 15.8.7 və iPadOS 16.7.15 və iPadOS 15.8.7

Apple ənənəvi olaraq yeniləmələrin təsvirində qısa məlumat verir. Şirkətin açıqlamasında qeyd olunur ki, bu yeniləmə “vacib təhlükəsizlik düzəlişlərini ehtiva edir və bütün istifadəçilərə quraşdırılması tövsiyə olunur”.

Yeniləmə hansı cihazlar üçün əlçatandır?

iPhone modelləri: iPhone X, iPhone 8, iPhone 8 Plus, iPhone 7, iPhone 7 Plus, iPhone SE (1-ci nəsil), iPhone 6s və iPhone 6s Plus.

iPad modelləri: iPad (5-ci nəsil), iPad Pro 9.7 düym, iPad Pro 12.9 düym (1-ci nəsil) və iPad mini 4.

Yeniləmə niyə vacibdir?

Apple hər bir təhlükəsizlik boşluğu barədə detalları açıqlamasa da, ekspertlər köhnə cihazların mütləq yenilənməli olduğunu bildirirlər. Son vaxtlar Google və iVerify tərəfindən yayımlanan hesabatda iOS-un 13-dən 17.2.1-ə qədər versiyalarında işləyən cihazlara qarşı istifadə olunan təhlükəli sındırma alətləri barədə məlumat verilib.

Apple şirkəti təsdiqləyib ki, yeni yeniləmələr əvvəllər istifadəçilərin cihazlarına hücum etmək üçün tətbiq edilən Coruna adlı istismar üsulunu aradan qaldırır.

Bu səbəbdən köhnə iPhone və iPad modellərinin sahiblərinə “Ayarlar” - “Ümumi” - “Proqram təminatının yenilənməsi” bölməsinə daxil olaraq yeniləməni yoxlamaq və mümkün qədər tez quraşdırmaq tövsiyə olunur.

Bundan əvvəl də bildirilib ki, fırıldaqçılar iPhone-un təqvim funksiyasından istifadə edərək zərərli mesajlar göndərirlər. Bəzən belə mesajlara bir dəfə klik etmək şəxsi məlumatların oğurlanmasına səbəb ola bilər. Ekspertlərin fikrincə, təxminən 1,8 milyard iPhone istifadəçisi potensial kiberhücum riski ilə üzləşə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Mart 2026 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri