“iPhone” istifadəçilərinin nəzərinə!
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Apple” şirkəti “iOS 18.6” əməliyyat sisteminin yenilənməsini təqdim edib.
“Qafqazinfo” bu barədə “iGuides”a istinadən xəbər verir.
Bildirilib ki, “iOS 18.6” yenilənməsində əsas dəyişiklik həm şirkətin daxili mühəndisləri, həm də kənar tədqiqatçılar tərəfindən aşkar edilmiş 30-dan çox təhlükəsizlik boşluğunun aradan qaldırılmasıdır.
Aradan qaldırılmış səhvlər arasında “Foto” tətbiqindəki “Xatirələr” bölməsindən video göndərilməsi zamanı yaranan nasazlıq, həmçinin parol daxil etmədən cihazın söndürmə ekranına keçdikdə “Sağlamlıq” tətbiqinin məlumatlarının əlçatmaz olmasına səbəb olan xəta var.
Qeyd olunub ki, “iOS 18.6” yenilənməsi, əsasən təhlükəsizliyin artırılmasına yönəlib.
Ekspertlər cihazı potensial təhdidlərdən qorumaq üçün yenilənməni mümkün qədər tez quraşdırmağı tövsiyə edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 31 İyul 2025 04:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















