Icma.az
close
up
RU
iPhone və Samsung istifadəçiləri 600 milyon dollardan çox kompensasiya ala bilər

iPhone və Samsung istifadəçiləri 600 milyon dollardan çox kompensasiya ala bilər

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu həftə Böyük Britaniyada texnologiya nəhəngi “Qualcomm”a qarşı irimiqyaslı kollektiv iddia üzrə məhkəmə iclasları başlayıb. 

Ölkə.az Valyuta.az-a istinadla xəbər verir ki, "Independent" nəşrinin məlumatına görə, iş milyonlarla smartfon sahibinə təzminat ödənilməsi ilə nəticələnə bilər.

İddia istehlakçı hüquqlarını müdafiə edən “Which?” təşkilatı tərəfindən qaldırılıb. Bu qurum Böyük Britaniyada təxminən 29 milyon “Apple” və “Samsung” cihazı istifadəçisinin maraqlarını təmsil edir.

Beş həftə davam edəcək məhkəmə prosesi 6 oktyabrda London Rəqabət üzrə Apellyasiya Tribunalında başlanıb. İlkin mərhələdə “Qualcomm”un bazarda dominant mövqeyə malik olub-olmaması və bu mövqedən sui-istifadə edib-etməməsi araşdırılacaq.

Əgər iddianın bu mərhələsi uğurla başa çatsa, növbəti mərhələdə şirkətin konkret hərəkətləri və istehlakçılara dəyən ziyanın miqdarı müəyyən ediləcək. Ziyanın ümumi həcmi təxminən 480 milyon funt sterlinq (təqribən 645 milyon ABŞ dolları) qiymətləndirilir.

“Which?” bildirir ki, “Qualcomm” Böyük Britaniyanın antiinhisar qanunlarını pozaraq, patentlərin lisenziyalaşdırılması və çipsetlərin tədarükü bazarlarında dominant mövqeyindən sui-istifadə edib. İddiaçılara görə, bu vəziyyət şirkətə “Apple” və “Samsung” kimi istehsalçılardan texnoloji lisenziyalar üçün süni şəkildə yüksək rüsumlar tələb etməyə imkan verib. Bu xərclər isə nəticədə son istehlakçılara — yəni smartfon alanlara — daha yüksək qiymətlər və ya aşağı keyfiyyət şəklində ötürülüb.

İddia 1 oktyabr 2015-ci ildən 9 yanvar 2024-cü ilədək “Apple” və “Samsung” markalı smartfon alan bütün istifadəçilər üçün təzminat tələbini əhatə edir. “Which?”in hesablamalarına görə, iddianın təmin olunacağı halda, hər bir cihaz üzrə orta kompensasiya təxminən 17 funt sterlinq (təqribən 23 ABŞ dolları) ola bilər.

“Qualcomm” hazırda Böyük Britaniyada açılan bu iddia ilə bağlı rəsmi şərh verməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Oktyabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see290

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see232

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see192

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see140

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see140

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see122

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see122

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see122

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri