Samsung səbəbindən iPhone lər bahalaşa bilər
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Samsung korporasiyası yaddaş modullarının qiymətlərini artırmağı planlaşdırır və bu səbəbdən iPhone modelləri bahalaşa bilər.
Lent.az xarici mediaya istinadla məlumat verir ki, Samsung və SK Hynix Apple üçün yaddaş modullarının əsas iki təchizatçısıdır. ABŞ-ın IT nəhəngi hər iki şirkətlə uzunmüddətli müqavilələrə malikdir və bu müqavilələr 2026-cı ildə yenilənməlidir.
Mütəxəssislərin fikrincə, süni intellektə (AI) olan yüksək tələbat və yaddaş çatışmazlığı fonunda Samsung müqaviləni öz xeyrinə olan şərtlərlə bağlamağa çalışacaq. Apple smartfonlarının 2026-cı ildə bahalaşması ehtimalı yüksəkdir və bu prosesdə Samsung-un rolu az olmayacaq.
Müəlliflər bildiriblər ki, Cənubi Koreya korporasiyasında smartfon istehsalı və yaddaş istehsalına fərqli bölmələr cavabdehdir və onlar hələlik mikrosxemlərin qiyməti ilə bağlı ortaq mövqeyə gələ bilməyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 19 Dekabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















