“iPhone17”ni Bakıya qanunsuz keçirmək üçün sərnişinlərə payladı Foto
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Ölkə ərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindən yayındırılmaqla paylama üsulu ilə gətirilməyə cəhd göstərilən xeyli miqdarda mallar aşkar edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, Ciddə-Bakı aviareysi ilə gələn Azərbacan vətəndaşı digər sərnişinlərə payladığı 5 ədəd “İphone17”, 4 ədəd “İphone16”, 15 ədəd “Apple” markalı qələm, 8 ədəd “Apple” markalı qulaqcıq və 5 ədəd ətiri onlardan qəbul edərkən saxlanılıb.
Dövlət Gömrük Komitəsi bir daha xaricə səyahət edən vətəndaşlara bildirir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən götürdükləri əşyalar gömrük sərhədindən keçirilən zaman hüquqi məsuliyyət yarada bilər.
Faktla bağlı araşdırma aparılır.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 25 Sentyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















