İpoteka kreditlərinin ilkin ödənişi azaldılır? RƏSMİ AÇIQLAMA
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Əhalinin alıcılıq qabiliyyəti nəzərə alınmaqla güzəştli ipoteka kreditinin şərtlərinə yenidən baxılması, kreditin maksimal məbləğinin artırılması, ilkin ödənişin isə minimuma endirilməsi vacibdir.
Belə bir təşəbbüslə Ombudsman Milli Məclisdə keçirilən illik məruzəsində çıxış edib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, mənzil alarkən tələb edilən ilkin ödənişin kəllə-çarxa qalxmasının səbəbi bankların minimal həddi pozmasıdır:
"İpoteka və Kredit Zəmanət Fondunun müəyyən etdiyi hədlər var. Bunlara əsasən, vətəndaş 15 faizdən aşağı ilkin ödəniş ödəməməlidir. Banklar isə həmin faizi minimum kimi qəbul edərək əlavə risklərini də həmin faizin üzərinə gəlməklə ilkin ödənişi müəyyən edir. Bu, 20, 25, bəzi hallarda 30 faiz təşkil edir. Elə vətəndaş var ki, 50-55 min ödəməyə məcbur qalır. O qədər pulu olsa, gedib həyət evi alar".
Ətraflı Baku TV-nin süjetində:
İpoteka kreditlərinin ilkin ödənişi azaldılır? - RƏSMİ AÇIQLAMA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 19 Mart 2025 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















