Icma.az
close
up
RU
Ağcəbədidəki partlayışa görə sığorta ödənişi ediləcək? RƏSMİ AÇIQLAMA

Ağcəbədidəki partlayışa görə sığorta ödənişi ediləcək? RƏSMİ AÇIQLAMA

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində böyük ailə faciəsi yaşanıb. Ehtiyatsızlıq üzündən əl qumbarası partlayıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Bəs, ölən və yaralanan şəxslərə sığorta ödənişi düşürmü?
Suala Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bu kimi hallarda daşınmaz əmlakın icbari sığorta növü üzrə ödəniş edilmir:
 

MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Ağcabədidə PARTLAYIŞ – Çox sayda ölü və yaralı var


“Bununla belə daşınmaz əmlakın istismarı ilə bağlı könüllü məsuliyyət sığorta növləri var. Vətəndaşlar bunları əldə etməklə onların mənzilində hər hansı bir  hadisə baş verməsi nəticəsində insan sağlamlığına zərər dəyərsə və ölüm halları qeydə alınarsa o zaman sığorta ödənişinə təminat verilir.
Bu sığorta növü təkcə insan sağlamlığına dəymiş zərəri deyil, həm də sıortalanmış obyektə birişik, ona yaxın obyekt və hətta həyətdə saxlanılmış avtomobilə də dəymiş ziyanı qarşılayır. Bir sözlə könüllü məsuliyyət sığortası həm qarşı tərəfin əmlaka dəymiş ziyana, həm də insan sağlamlığına dəymiş ziyana təminat yaradır”.
Müsahibimiz xatırladıb ki, mənzil sahibləri üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortasını əldə ediblərsə, yalnız o zaman sığorta ödənişi edilir:
“Digər hallarda təəssüf ki, heç bir ödəniş edilmir. Bir daha qeyd edirəm ki,  ev sahibinin könüllü məsuliyyət sığortası varsa, yalnız o zaman ölmüş və yaralanmış şəxslərə sığorta ödənişi düşür”.
Xatırladaq ki, bu gün Ağcabədidə yaşayış evində əl qumbarasının partlaması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb. Həyatını itirənlərdən 3-ü azyaşlıdır. Hadisənin azyaşlı uşağın çöldə oynayarkən tapdığı əl qumbarasını evə gətirməsindən sonra baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://bizim.media
archiveBu xəbər 31 Yanvar 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see517

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see446

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see407

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see285

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see283

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see281

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see275

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see272

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see268

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see259

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see249

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see242

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see237

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see227

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see217

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see210

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see208

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see204

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see200

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri