Icma.az
close
up
RU
İqbal Ağazadənin hesabı oğurlandı KONKRET

İqbal Ağazadənin hesabı oğurlandı KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Məni aldatdılar dostlar. Şərəfsizin biri İqbal Ağazadə adı ilə Teleqram kanalından “Ləman xanım, xəstəxanadayam, kartımda pul yoxdur. Sizdə 300 manat varsa atın” yazdı, 2-3 saata göndərəcəm dedi. Mən də heç soruşmadan baş üstə İqbal bəy – dedim, Ardınca 420 manat da bir istədi. Dedim ki, 300 var kartımda. Onu göndərə bilərəm. Toplam 600 AZN göndərəndən sonra bu şərəfsiz bir də Teleqramdan qısa zəng etdi. İndi də 340 manat göndərməyimi istəyirdi. Yalnız onda şübhələndim. Yığdım, qaldırmadı. İqbal bəyi adi nömrəsindən yığdım, məlum oldu ki, onun Teleqram hesabı oğurlanıb və o, bu haqda facebookda yazıbmış”.

KONKRET.az xəbər verir ki, bunu tanınmış aparıcı Ləman Ələşrəfqızı sosial şəbəkə hesabında paylaşıb.

“Əlbəttə, çox sadəlövh davrandım. Buna görə məni qınayanlar da olacaq şübhəsiz. Əvvəla ona görə ki, vaxtaşırı xəbərlərimdə DİN-in kiber cinayətkarlıqla bağlı məlumatlarını şəxsən özüm çatdırıram və birdən-birə də özüm qurbana çevrilirəm. İkincisi, İqbal Ağazadənin Ləman Ələşrəfqızıdan pul istəyə biləcəyi ehtimalının da sıfır olacağını bilə-bilə belə yanlışa yol verdim. Məni çaşdıran nə ola bilərdi əcəba? Deyim! Əvvəla, bu şərəf qısırı “xəstəxanadayam, kartımda pul yoxdur, 1-2 saata göndərirəm ” – dedi. Düşündüm, İqbal bəy bəlkə ərk edib, yaxın dostumuzdur, ola bilər, sabah eyni situasiyada mən də ona zəng edib yardım istəyə bilərəm.

İkincisi, adam kimdirsə, İqbal bəyin yazı tərzini, üslubunu əməllicə mənimsəyib, peşəkar dələduzdur. Nə isə…Allah bəlasını versin! Haramı olsun! Halallığı verilməyən puldan necə xeyir görə bilər? Zatən görməyəcək də.

Məsələni anladığımı bilən kimi adam Teleqramını sildi. 600 manatlıq qəbzlər isə yəqin ki, bir ömür yaddaşımdan silinməz.

P.S. Hörmətli Elşad Hacıyev, lütfən məsələni nəzarətə götürün. Əziz dostlarım, sizə isə ağıl verməyəcəm. Zatən özüm ağılsız duruma düşmüşəm” – deyə jurnalist əlavə edib.

Qeyd edək ki, İqbal Ağazadə məsələ ilə bağlı sosial şəbəkə hesabında Daxili İşlər Nazirliyinə müraciət edib:

“Hörmətli Elşad Hacıyev, 5522099370138406, 5238151653748537 bu nömrəli kartların sahibi mənim teleqram nömrəmi oğurlayıb, adımdan kontaktımda olan şəxslərə mesaj yazıb pul istəyir. Xahiş edirəm, yardımçı olun” – paylaşımda deyilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 İyul 2026 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri