Icma.az
close
up
RU
İqlim dəyişiklikləri səbəbindən iqtisadi artım 20 il ərzində zəifləyə bilər AZƏRTAC

İqlim dəyişiklikləri səbəbindən iqtisadi artım 20 il ərzində zəifləyə bilər AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 16 yanvar, AZƏRTAC

Siyasi liderlər təbiətin bərpası və karbonsuzlaşdırılması (dekarbonizasiya) üçün təcili addımlar atmasalar, 2070-ci ildən 2090-cı ilə qədər olan dövrdə qlobal iqtisadi artım 50 faiz zəifləyə bilər.

AZƏRTAC xəbər verir ki, Aktuarlar İnstitutunun risklərin idarə olunması üzrə mütəxəssislərinin ciddi xəbərdarlığı dünya iqtisadi rifahı üçün yanğınlar, daşqınlar, quraqlıq, temperatur artımı və təbii fəlakətlər kimi iqlim dəyişikliklərinin nəticələri fonunda risklərin qiymətləndirilməsini əhəmiyyətli dərəcədə artırır.

Cümə axşamı Ekseter Universitetinin alimləri ilə birgə dərc olunmuş hesabatda İFoA siyasi liderləri iqlim böhranı ilə mübarizəni sürətləndirməyə çağırıb.

İFoA-nın hesabatı Avropa İttifaqının “Copernicus” xidmətinin iqlim dəyişiklikləri ilə bağlı narahatedici məlumatlarından sonra dərc olunub. Məlumatda göstərilib ki, iqlim dəyişiklikləri səbəbindən illik qlobal temperatur 2024-cü ildə beynəlxalq səviyyədə razılaşdırılmış 1.5 dərəcə Selsi hədəf göstəricisini aşıb və bu, ekstremal hava şəraitinin artmasına gətirib çıxarıb.

İFoA-nın hesabatında qeyd olunur ki, karbonsuzlaşdırma və təbiətin bərpasına dair təcili tədbirlər görülməsə, dünya iqtisadiyyatının itkiləri 2090-cı ilə qədər iki onillik ərzində 50 faiz təşkil edəcək.

2050-ci ilə qədər temperatur 3 dərəcə Selsi və ya daha çox artarsa, ölüm hallarının sayı 4 milyardı keçə, bütün dünyada ciddi sosial-siyasi parçalanma, sürətli, davamlı və ciddi kapital itkisi ilə nəticələnəcək dövlətlərin dağılması və kütləvi yoxolma halları baş verə bilər.

Riskləri nəzərə alsaq, dünya artan “planetar ödəmə qabiliyyətsizliyi” riski ilə üzləşəcək. Yer kürəsi sistemi elə bir deqradasiyaya uğrayacaq ki, insanlar cəmiyyət və iqtisadiyyatı ayaqda saxlayan həyati vacib xidmətləri lazımi dərəcədə əldə edə bilməyəcəklər.

“Təbiət, bizi qida, su və hava, həmçinin iqtisadiyyatımızı qidalandıran xammal və enerji ilə təmin edən bir təməldir. Bu təməlin sabitliyi üçün təhlükə bəşəriyyətin gələcək çiçəklənməsi baxımından risk yaradır. Biz də bunun baş verməməsi üçün tədbirlər görməliyik” – deyə hesabatda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Yanvar 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see328

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see266

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see243

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see207

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see204

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see147

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see142

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see137

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see137

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see129

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see128

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see128

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see127

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see125

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see125

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see124

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see124

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see122

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see121

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri