Icma.az
close
up
RU
İqlim dəyişikliklərinə səmərəli uyğunlaşma təmin edilməlidir  

İqlim dəyişikliklərinə səmərəli uyğunlaşma təmin edilməlidir  

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ekologiya və ətraf mühitin mühafizəsi

Şəhərsalmaya strateji baxış

“Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. BMT-nin Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə birgə təşəbbüslər və bu çərçivədə memarların bir araya gəldiyi milli şəhərsalma forumları Azərbaycanın beynəlxalq tərəfdaşlarla ortaq fəaliyyətinin uğurlu nümunəsidir. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu göstərir”. Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsiylə bağlı imzaladığı Sərəncamda yer alır. Cənab Prezidentin imzaladığı Sərəncamda qeyd edilir ki, Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq, Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilir. Müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Qeyd edək ki, sözügedən sərəncamda ölkəmizin çoxəsrlik tarixi-memarlıq ənənələrinin qorunması, yaşadılması, gələcək nəsillərə çatdırılması ilə yanaşı, həmçinin müasir şəhərsalmanın qlobal iqlim dəyişmələrinə dayanıqlı olmasının vacibliyi də vurğulanır.

Qarşıdan gələn 2026-cı ildə ölkəmiz Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) ev sahibliyi edəcək. Bu beynəlxalq miqyaslı tədbir 17-22 may tarixlərində Bakıda keçiriləcək. Məqsəd qlobal iqlim dəyişikliyinin normal həyat şərtlərini təhdid etdiyi bir vaxtda şəhərsalma prosesində dayanıqlı inkişafa nail olmaqdır. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin bu günlərdə keçirilən növbəti toplantısında təşkilatı məsələlər müzakirə edilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma fəaliyyətinin prioritet istiqamətlərdən biri olduğunu deyib. Ölkəmizdə bu sahədə formalaşdırılmış müasir yanaşmaların iqtisadi dayanıqlılığın möhkəmləndirilməsinə, sosial rifahın artırılmasına və iqlim dəyişikliklərinə səmərəli uyğunlaşmanın təmin olunmasına xidmət etdiyini söyləyib. Samir Nuriyev son beş il ərzində xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını, sistemli planlaşdırma prinsiplərini rəhbər tutduğunu və yüksək icra potensialını aydın şəkildə nümayiş etdirdiyini vurğulayıb. Azərbaycanın postmünaqişə dövründə tətbiq edilən sürətli bərpa və quruculuq işlərinin yeni inkişaf modelini formalaşdırdığını deyib. Təşkilat Komitəsinin sədri bu nailiyyətlərin Azərbaycanın təcrübəsinə beynəlxalq səviyyədə də marağı artırdığını, ölkəmizi bu sahədə etibarlı tərəfdaş kimi tanıtdığını qeyd edib. O, WUF13-ün 2026-cı ildə Bakı şəhərində keçirilməsinin Azərbaycanın beynəlxalq şəhərsalma proseslərinə verdiyi töhfənin, dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi siyasətin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın bariz göstəricisi olduğunu söyləyib. Samir Nuriyev WUF13-ə hazırlığın dövlətimizin başçısının birbaşa diqqət mərkəzində olduğunu vurğulayaraq, ilk iclasdan ötən müddətdə bu tədbirə hazırlıq çərçivəsində görülmüş işləri qeyd edib. Daha sonra ümumi hazırlıq prosesinin gedişatı, substantiv, kommunikasiya, təşkilati-logistika sahələrində görülmüş işlər və gündəlikdə duran digər məsələlər üzrə Təşkilat Komitəsinin üzvlərinin məruzələri dinlənilib. İclasın sonunda Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Prezidentinin bu mötəbər tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi ilə əlaqədar qarşıya qoyduğu vəzifəyə uyğun olaraq WUF13-ə hazırlıq prosesi, o cümlədən Tədbirlər Planının icrası və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verib.

Tədbir çərçivəsində təşkil olunacaq “Urban Expo” sərgisi üçün müraciətlərin qəbuluna başlanılıb. Beynəlxalq miqyasda on minlərlə ziyarətçinin iştirak edəcəyi sərgi dayanıqlı şəhər inkişafına dair qabaqcıl yanaşmaların qlobal auditoriyaya təqdim edilməsi baxımından unikal platforma rolunu oynayacaq. 35 min kvadratmetr sahədə təşkil olunacaq sərgidə ölkələr, şəhərlər, bələdiyyələr, regional qurumlar, BMT təşkilatları, akademik institutlar, beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti təşkilatları, fondlar və özəl şirkətlər iştirak edə biləcək.

Kiçik stendlərdən tutmuş genişmiqyaslı ölkə və şəhər pavilyonlarınadək müxtəlif formatlarda təqdim olunacaq sərgi layiqli mənzil təminatı, iqlimə davamlılıq, rəqəmsal innovasiyalar və inklüziv şəhər inkişafı kimi prioritet mövzular ətrafında qlobal iştirakçıları bir araya gətirəcək. Sərgi çərçivəsində müasir şəhərlərin üzləşdiyi əsas problemlərə dair praktik və innovativ həllərin nümayişi nəzərdə tutulur. Həmçinin WUF13 çərçivəsində ilk dəfə olaraq Startap Pavilyonu və WUF Akademiyası kimi yeniliklər təqdim ediləcək. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi münasibətilə açıqlamasında bildirib ki, cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə şəhərsalma və memarlıq sahəsində misilsiz nailiyyətlər əldə olunub. Şəhərlərimizin planlı inkişafı yeni bir məzmun alıb. O vurğulayıb ki, Bakı şəhərinin, eləcə də ölkəmizin digər şəhərlərinin planlaşdırma sənədləri hazırlanıb və Bakının Baş planı 2023-cü ilin sonlarında qəbul edilib: “Həmin plana uyğun olaraq Bakı şəhərində ardıcıl və davamlı işlər görülür, yaşayış məhəllələri salınır, sənaye obyektləri inşa edilir, yol-nəqliyyat infrastrukturu yenilənir və bir sıra digər zəruri tədbirlər, o cümlədən ekologiyanın sağlamlaşdırılması istiqamətində tədbirlər görülür”. İ.İsbatov bildirib ki, ötən dövrdə inşa edilmiş Heydər Əliyev Mərkəzi, Ağ Şəhər layihələri, müxtəlif yaşayış kompleksləri misilsiz şəhərsalma və memarlıq nümunələridir və növbəti illərdə ölkəmizdə memarlığın və şəhərsalmanın inkişafına ciddi təkan verən amillərdir: “Mən əlavə olaraq xüsusi qeyd etmək istəyirəm ki, bu dövrdə landşaft memarlığında da böyük nailiyyətlər əldə olunub. İstər Dənizkənarı Milli Parkın yenidən qurulması, istərsə də Mərkəzi Şəhər Parkının salınması bu sahədə böyük nailiyyətlərdir. Şəhərimizin ekoloji sağlamlığının yaxşılaşdırılmasına və sakinlərin asudə vaxtlarının səmərəli və mənalı keçirilməsinə şərait yaradılıb”.

Ekoloq Rövşən Abbasov Sherg.az-a açıqlamasında bildirdi ki, son illərdə paytaxtda, eləcə də regionlarda ekoloji mühitin sağlamlaşdırılması məqsədilə məqsədyönlü işlər həyata keçirilir:

- Bu sırada həm yaşıllıqların artırılması, park və istirahət zonalarının salınması, ağacəkmə kampaniyalarının davamlı şəkildə aparılması, göllərin, su hövzələrinin sağlamlaşdırılmasını söyləyə bilərik. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələri çərçivəsində tikinti-quruculuq işləri aparılır, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə edilir. Bunlar ekologiyanın, ətraf mühitin qorunmasında ciddi əhəmiyyət daşıyan məsələlərdir. “Qara şəhər”in Ağ şəhərə çevrilməsinin özü böyük nailiyyətdir. Eyni zamanda çalışmalıyıq ki, su hövzələrimizin təmizliyinə, içməli su mənbələrimizin qorunmasına və imkanlarımızın azalmamasına nail olaq. Günəş, külək enerjisindən daha çox istifadə edilməli, atmosferə atılan emissiyaların faizi böyük miqdarda azaldılmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Dekabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri