Icma.az
close
up
RU
İqlim dəyişikliyi kənd təsərrüfatına təhlükə yaradır Ekoloq

İqlim dəyişikliyi kənd təsərrüfatına təhlükə yaradır Ekoloq

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu il Azərbaycanda payız fəsli ötən illərdən daha isti keçir. Ənənəvi olaraq payızın gəlişi sərinlik, tez-tez yağan yağışlar və küləklərlə xatırlansa da, son günlərin müşahidələri göstərir ki, iqlim dəyişiklikləri mövsümlərin gedişinə öz təsirini göstərməkdədir. İsti payız günləri isə həm təbiət, həm də kənd təsərrüfatı üçün yeni problemlər yaradır.

Ekoloq Sevil Yüzbaşova Metbuat.az-a açıqlamasında bildirib ki, payızın başlanğıcı adətən hava və torpaq temperaturunun kəskin şəkildə aşağı düşməsi, buludlu, yağışlı günlərin sayının artması və küləklərin güclənməsi ilə xarakterizə olunur:

"Payızın başlaması isti havaların bitməsi demək deyil. Payızın başlanğıcı hələ yayın davamı olmaqla, isti dövrdür və payızın əvvəlində hava hələ də çox isti olur. Yay ilin ən isti və gün işığı ən çox olan vaxtıdır, ona görə də bitkilər yayda tez böyüyür. Payızda temperatur aşağı düşür və bir çox ağac yarpaqlarını tökür. Bildiyimiz kimi, fəsillər ilin müəyyən iqlim şəraiti ilə xarakterizə olunan bir dövrüdür. Amma dörd fəsillik il yalnız coğrafi orta enliklər üçün tipikdir. Orta enliklər qütblərə, ekvatora yaxın olmayan yerlərdir. Dörd fəsil yaz, yay, payız və qış fəsilləri müntəzəm olaraq bir-birini izləyir. Hər fəslin özünəməxsus işıq, temperatur və hava xüsusiyyətləri var və bu xüsusiyyətlər ildən-ilə ardıcıl olaraq təkrarlanır. Şimala getdikcə fəsillər arasındakı fərq bir o qədər də böyük olur".

S.Yüzbaşovanın sözlərinə görə, fəsillər bitki örtüyünə, onların inkişafına və böyüməsinə böyük təsir göstərir:

"Sıfırdan yuxarı temperatur səbəbindən bitkilər vaxtından əvvəl oyanaraq qış aylarında böyümə mövsümünə başlaya bilərlər. Bu, onların enerji ehtiyatlarını tükəndirir və yaz mövsümü üçün zəiflədir. Qış fəsli adətən soyuq olur, gün işığı az olur və bitkilərin böyüməsi yavaşlayır. Yazda bitkilər cücərir, ağaclar yarpaqlanır və çiçəklər açır. Yay ilin ən isti vaxtıdır və gün işığı ən çox olur, buna görə də bitkilər sürətlə böyüyür. Payızda temperatur düşür və bir çox ağaclar yarpaqlarını tökür".

Ekoloq qeyd edib ki, payızın isti keçməsi bitkilərin təbii inkişaf dövrlərini pozulmasına və kənd təsərrüfatına zərər verə bilən riskləri artmasına səbəb olur, nəticədə bitkilərin bioloji inkişaf dövrlərinin pozulması baş verir:

"Bitkilərin vaxtından əvvəl oyanmasına şərait yaranır. Qış bitkilərinin şaxta başlamazdan əvvəl enerji ehtiyatları tükənə və bitki örtüyünün inkişafı başlaya bilər. Bu, qış bitkilərinin vaxtından əvvəl böyüməsinə, onları qış soyuğuna qarşı həssas hala gətirməsinə, ağacların vaxtsız çiçək açmasına və zərərvericilərin, xəstəliklərin inkişafı üçün əlverişli şəraitin yaranmasına da səbəb ola bilər. Payızda aktiv böyüməyə başlayan bitkilər, sonrakı müddətdə yəni qışda və ya yazda baş verən sonrakı kəskin hava temperatur dəyişikliklərindən də məhv ola, ölə bilirlər. İsti və rütubətli hava zərərvericilərin inkişaf etməsinə və hər hansı bir orqanizm sisteminə zərər verə bilən, yaxud hər hansı bir xəstəliyin inkişafına səbəb ola biləcək potogenlərin yayılmasına kömək edir ki, bu da mövsüm vaxtı məhsulun zədələnməsinə və məhsuldarlığın azalmasına gətirib çıxarır. İsti və rütubətli hava nəticəsində eləcədə alaq otlarının artması baş verir. Qış vaxtı qışlayan alaq otları isti payız havalarında qida maddələri və işıq uğrunda əsas bitkilərlə rəqabət apararaq, əsas enerjini mənimsəyərək, güclü şəkildə böyüməyə başlaya bilər. Bu, isə sonda məhsuldarlığa ciddi təsir göstərir. Qış əkini, bitkiləri bu zaman vaxtından əvvəl inkişaf edir. Belə mühit bitki örtüyünün və zəifləmiş bitkilərin qışda ölümünə və ya yaz məhsuldarlığının azalmasına səbəb də ola bilər. Eləcə də meyvə ağacları və giləmeyvə kolları, qönçələr və yeni açan tumurcuqlar şaxtadan zədələnə bilər ki, bu da gələcək məhsulun itirilməsinə səbəb olur. Bu zaman isə məhsuldarlığın ümumi azalması baş verir. Bitkilərin eləcə də, xəstəliklər, zərərvericilər və alaq otları ilə rəqabəti səbəbindən məhsul itkisi riski artır".

Belə davam edərsə, qış mövsümü də günəşli keçsə, qar yağmasa məhsuldarlıq necə ola bilər?

Mütəxəssis qeyd edib ki, normal qışlar zamanı yağan qar, qış bitkiləri və çoxillik bitkilər üçün şaxtadan və qəfil temperatur dəyişikliklərindən etibarlı sığınacaq rolunu təmin edir:

"İsti qış mövsümündə qarın olmaması bitki köklərini qəfil şaxtalardan qorunmamış qoyur və bu da bitkilərə potensial olaraq zərər verə bilər. Qar örtüyü olmayanda torpaq daha dərindən donur və bu da onun münbitliyini və nəm saxlama qabiliyyətini azaldır. Torpaqda qar örtüyü olmadığı halda məhsul itkisi 15-20% təşkil edir. Ekstremal hava şəraiti, tez-tez baş verən şiddətli quraqlıqlar, daşqınlar, dolu və qasırğalar məhsuldarlığa zərər verir, infrastrukturu məhv edir və torpaq eroziyasına səbəb olur. Qar yağmasa, torpaq külək və su eroziyasına qarşı həssas olur. İsti qış yağışları torpağın üst qatından qida maddələrini yuyaraq onun münbitliyini azaldır".

S.Yüzbaşova əlavə edib ki, iqlim dəyişikliyi kənd təsərrüfatına mənfi təsir göstərir və quraqlıq, daşqınlar, istilik dalğaları kimi ekstremal hava şəraiti də məhsuldarlığın azalmasına səbəb olur:

"Temperatur və yağıntının dəyişməsi bitkilərin böyüməsini pozur və zərərvericilərin, xəstəliklərin yayılmasını asanlaşdırır ki, bu da iqlim dəyişikliyinə uyğunlaşma strategiyalarının tətbiqini tələb edir. Əlbəttə ki, qış fəsli gözlənilməz də ola bilər. İsti hava davam etsə də, kəskin soyuma və qarın olmaması bitki köklərinə zərər verə bilər, çünki qar izolyasiya təbəqəsi kimi çıxış edir. Buna görə də, qışın da eyni dərəcədə günəşli və qarsız olacağına zəmanət vermək mümkün deyil. Hətta uzunmüddətli hava proqnozları, xüsusən də ekstremal şəraitdə 100% dəqiqliklə zəmanət verə bilməz. Milli Hidrometeorologiya Xidmətinin mövsümi proqnozlarına görə, bu qışda Azərbaycanda orta temperatur çoxillik normaya yaxın olacaq. Yağıntıların isə norma daxilində, bəzi ərazilərdə isə bir qədər aşağı olacağı da gözlənilir".

Sevinc İbrahimzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusu üzrə dərc olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 29 Oktyabr 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri