Icma.az
close
up
RU
İqlim dəyişikliyi və qida təhlükəsizliyi: Qarşılıqlı təsir və həll yolları

İqlim dəyişikliyi və qida təhlükəsizliyi: Qarşılıqlı təsir və həll yolları

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Qida təhlükəsizliyi vahid sağlamlığın mühüm tərkib hissəsidir.

"Report" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli COP29 çərçivəsində keçirilən "Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda dəyirmi masada deyib.

O bildirib ki, müasir dünyada iqlim və ətraf mühit amillərinin təsirindən cəmiyyətdə, o cümlədən sosial və iqtisadi sahələrdə yeni çağırışlar meydana çıxır: "Bu məsələlərin aşkarlanmasında və idarə edilməsində isə birgə fəaliyyət olduqca vacibdir. Bu baxımdan COP29-un xüsusi əhəmiyyətini qeyd edir və onu geniş imkanlara malik müzakirə platforması kimi qiymətləndiririk.

Hazırda dünyada insanların və digər canlıların sağlamlığına, habelə ətraf mühitə ciddi zərər vura bilən amillər qabarıq formada özünü büruzə verməkdədir. Eyni zamanda bu amillərin idarə olunması və onların zərərinin minimuma endirilməsi üçün beynəlxalq miqyasda müvafiq əlaqələndirilmiş fəaliyyət mexanizmləri yaradılmaqdadır".

AQTA sədri qeyd edib ki, əhalinin sağlam və təhlükəsiz qidaya əlçatanlığının təmin edilməsi üçün ilkin istehsaldan istehlaka qədər qida zənciri boyunca ətraf mühit amillərinin zərərli təsirləri də daxil olmaqla, bütün potensial risklərin düzgün idarə edilməsi zəruridir: "Lakin hava, su və torpaqda mövcud olan təbii çirkləndiricilər, habelə bitkiçilik təsərrüfatlarında pestisid və aqrokimyəvi maddələrdən, heyvandarlıq təsərrüfatlarında baytarlıq preparatlarından və antibiotiklərdən düzgün istifadə edilməməsi, bitki və heyvan mənşəli qida məhsullarında bu maddələrin qalıqlarının yol verilən hədlərdən yuxarı olmasına səbəb olur. Bu da yalnız bitki və heyvan sağlamlığına deyil, həm də insan sağlamlığına ciddi təhlükə yaradır. Statistik göstəricilərə əsasən, hər il dünyada təxminən 600 milyon insan müxtəlif çirkləndiricilərlə sirayətlənmiş qida məhsulları səbəbindən sağlamlıq problemləri ilə üzləşir.

Xüsusilə, antibiotiklərdən məsuliyyətsiz istifadə halları qlobal miqyasda narahatlıq doğuran antimikrob rezistentliyin yaranmasına səbəb olur ki, bu da müasir səhiyyə və qida təhlükəsizliyi sistemləri üçün aktual məsələlərdən biri kimi qəbul edilir. Eyni zamanda heyvan sağlamlığına birbaşa, insan sağlamlığına isə dolayı yolla təsir etdiyini nəzərə alaraq, yem məhsullarının da təhlükəsizliyi qida təhlükəsizliyinin mühüm tərkib hissəsi hesab olunur".

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Noyabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri