Icma.az
close
up
RU
İqlim dəyişirsə, aqrar strategiya da dəyişməlidir

İqlim dəyişirsə, aqrar strategiya da dəyişməlidir

Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qlobal iqlim dəyişmələri fonunda ərzaq təhlükəsizliyi ən aktual problem olaraq qalmaqdadır. Dünya dövlətləri iqlim dəyişmələrinin kənd təsərrüfatına vura biləcəyi zərərləri tədqiq edir və preventiv tədbirlər həyata keçirməyə çalışırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kənd təsərrüfatının inkişafına həsr olunmuş müşavirədə yerli istehsalın artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə hansı addımların atılmalı olduğunu bildirdi. Cənab Prezident buğda istehsalının artırılmasnın, heyvandarlığın inkişafının vacibliyini vurğuladı. Mütəxəssislər də hesab edir ki, iqlim dəyişirsə, aqrar siyasət də dəyişməli, iqlim dəyişikliyinə uyğunlaşdırılmalıdır. 

Doğru.az iqtisadçı Razi Abbasbəylinin aqrar siyasətdə mümkün islahatlar barədə fikirlərini təqdim edir:

– Əgər iqlim dəyişirsə, aqrar sektorla bağlı strategiya da dəyişməli, hökumət kənd təsərrüfatı strategiyasında yeni iqlim şəraitinə uyğunlaşma tədbirlərini gücləndirməlidir. Bu, birmənalıdır. Rəsmi məlumatlara görə, Azərbaycanda orta temperatur 0,8–1,8°C artıb. İqlim dəyişmələri nəticəsində su ehtiyatlarının azalması və hava şəraitinin qeyri-sabitləşməsi taxıl, pambıq və tütün kimi strateji məhsulların məhsuldarlığına mənfi təsir göstərir. Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, xüsusilə dənli bitkilərin məhsuldarlığında azalma müşahidə olunur. Eyni zamanda pambıqçılıq sektoru da risk altındadır. FAO ekspertlərinin qiymətləndirməsinə görə, iqlim dəyişiklikləri və torpaq deqradasiyası pambıq məhsuldarlığında ən böyük azalma gözlənilən sahələrdən biridir.

R.Abbasbəyli qeyd etdi ki, bol yağıntılar heç də hər zaman mənfi hal kimi qarşılanmamalıdır. Son dövrlərdə bəzi bölgələrdə müşahidə olunan bol yağıntılar yeni imkanlar da yaradır:

– Çox yağıntı çəltik (düyü), qarğıdalı, yonca və yem bitkilərinin becərilməsi üçün daha əlverişli şərait yarada bilər. Bunun əksinə olaraq, pambıq, tütün, üzüm, günəbaxan və tərəvəzlərin bir hissəsi həddindən artıq rütubətdən zərər görür, göbələk xəstəlikləri artır və məhsulun keyfiyyəti aşağı düşür. Bu səbəbdən aqrar siyasət yalnız ənənəvi məhsullara deyil, iqlimə davamlı və su rejiminə uyğun bitkilərin becərilməsinə yönəlməlidir. Yeni şəraitdə drenaj sistemlərinin qurulması, suya davamlı toxumların tətbiqi və əkin strukturunun dəyişdirilməsi kənd təsərrüfatının dayanıqlığını artırar. Deməli, iqlim dəyişikliyinə uyğun olaraq Azərbaycanda maldarlıq təsərrüfatlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaranır. Bol yağıntılar otlaq sahələrini uzun müddət istifadə üçün əlverişli edir. Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqlar təxminən 4,78 milyon hektar, əkinə yararlı torpaqlar təxminən 2,04 milyon hektar, otlaq və örüş sahələri isə təxminən 2,31 milyon hektardır. Başqa sözlə, kənd təsərrüfatı təyinatlı torpaqların təxminən yarısı örüş və otlaq sahələridir. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri də dəfələrlə bildiriblər ki, ölkədəki 4,8 milyon hektara yaxın kənd təsərrüfatı torpağının təxminən 2,3 milyon hektarı örüş sahələridir. Bu qədər örüş sahəsi varsa, bəs o zaman niyə iri və xırdabuynuzlu heyvanların sayı hər il sürətlə azalır? Əvvəla, örüş sahələri ilə bağlı rəqəmlər kağız üzərindədir. Rəsmi statistikaya görə ölkədə mövcud olduğu iddia edilən örüş sahələri reallıqda daha azdır. Diğər tərəfdən, yem çatışmazlığı maldarlığın inkişafına ciddi maneədir. Hökumətin hesabatlarında qeyd olunur ki, heyvanların yemə olan tələbatı tam ödənilmir. Qüvvəli yemə tələbatın təxminən 50–60%-i, quru ota tələbatın 40–50%-i qarşılanır. Bu isə fermerləri sürüləri azaltmağa məcbur edir.

İqtisadçı bildirdi ki, iri və xırda buynuzlu heyvanların vaxtından tez kəsimə göndərilməsi də heyvandarlıqda artımın səviyyəsini aşağı salır:

– Fermerlər heyvanı uzun müddət saxlamaq əvəzinə daha tez satışa çıxarırlar. Hətta aşağı çəkili heyvanların kəsilməsi halları da artır. Bu da maldarlığın sürətlə zəifləməsinə səbəb olur. Maraqlı məqam budur ki, əgər son illərdə müşahidə olunan yağıntı artımı davamlı xarakter alsa və örüşlərin məhsuldarlığı yüksəlsə, bu tendensiya qismən dəyişə bilər. Azərbaycanın 2,3 milyon hektardan çox örüş sahəsi var və onların məhsuldarlığının cəmi 20–30% artması belə milyonlarla ton əlavə yem bazası yarada bilər. Lakin bunun üçün sadəcə yağış kifayət deyil. Örüşlərin bərpası, suvarma, yem bitkilərinin əkini və fermerlərin iqtisadi stimullaşdırılması da lazımdır. Bunun üçün isə iqlim dəyişirsə, hökumət də aqrar sektora yanaşmasını dəyişməlidir. Bunu isə daha çevik etmək lazımdır.

R.Abbasbəyli bildirdi ki, əgər mövcud strategiya dəyişməsə, payız aylarında Azərbaycanda ətin qiymətində ciddi artım ola bilər:

– Bunun əsas səbəbi hazırkı mövsümdə maldarlıq təsərrüfatları üçün yem tədarükü sahəsində yaranan problemlərlə bağlıdır. Son dövrlərdə havaların intensiv yağıntılı keçməsi xüsusilə yem bitkilərinin əkildiyi sahələrdə biçin və tədarük prosesinə ciddi mənfi təsir göstərib. Hazırda regionlarda yonca təsərrüfatlarında biçin dövrü getsə də, yağıntıların çox olması həm biçin işlərini gecikdirir, həm də tədarük edilməli məhsulun bir hissəsinin məhv olmasına səbəb olur. İlkin mərhələdə, xüsusilə birinci biçin dövründə yonca təsərrüfatları ciddi zərərə məruz qalıb və məhsuldarlıq əhəmiyyətli dərəcədə azalıb.

Məlahət Rzayev

DOĞRU.AZ 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://dogru.az
archiveBu xəbər 03 İyun 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri