Icma.az
close
up
RU
İqlim Skanerinin ilkin nəticələri təqdim olunub FOTOLAR

İqlim Skanerinin ilkin nəticələri təqdim olunub FOTOLAR

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "ClimateScanner" ("İqlim Skaneri") layihəsinin nəticələri açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə COP29 çərçivəsində təşkil olunmuş “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlimSkaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə məlumat verilib.

Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatına (INTOSAI) hazırda rəhbərlik edən Braziliyanın Ali Audit Orqanı (AAO) Federal Hesablama Məhkəməsinin nümayəndəsi Hüqo Çudison bildirib ki, milli hökumətlərin iqlimlə bağlı gördüyü tədbirləri qiymətləndirmək məqsədilə 240 yoxlayıcıya bu sahədə təlimlər keçirilib. Həmçinin, indiyə qədər öz hökumətlərinin kənar auditoru kimi fəaliyyət göstərən 141 AAO İqlim Skaneri təşəbbüsünə cəlb olunub, bunun 61-i qiymətləndirməni bu vaxta qədər yekunlaşdırıb.

Federal Hesablama Məhkəməsinin vitse-prezidenti Vital do Reqo Filho isə deyib ki, Azərbaycanın elmin qlobal miqyasda ən yüksək nümunəyə çevrilməsində göstərdiyi dəstək çox qiymətlidir.

"2 mühüm layihəni təqdim etmək istəyirəm. Bunlardan biri İqlim Skaneri" layihəsidir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vacib təşəbbüs kimi qiymətləndirilib. İkinci layihə isə "Keçid Enerjisi" adlanır ki, növbəti illərdə çox vacib olacaq", - deyə o qeyd edib.

Bundan başqa, qonaq deyib ki, ölkələrin əksəriyyətində dövlət siyasəti, o cümlədən milli öhdəliklərin qəbul edilməsi, yumşaldılma strategiyaları, Milli Uyğunlaşma Planları və digər sahələrdə hökumət tərəfindən görülən işlər qənaətbəxşdir.

"Bununla yanaşı, idarəetmə strukturlarında, qanunvericilikdə, inzibati strukturlarda, risk idarəetməsində və şəffaflıq məsələlərində tərəqqi müşahidə olunub. Ancaq maliyyə sahəsində, xüsusilə daxili, beynəlxalq və özəl iqlim maliyyəsi üzrə mövcud mexanizmlərin və həyata keçirilən fəaliyyətlərin gücləndirilməsi zərurəti yüksək olaraq qalır. Bu nəticələrə Kanada, Braziliya, Filippin, Yeni Zellandiya və Çili kimi müxtəlif ölkələr üzrə daha ətraflı baxmaq mümkündür".

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə qeyd edib ki, İqlim Skaneri AAO-ların iqlim fəaliyyətinə töhfə verməsi istiqamətində ən vacib addımlardan biridir: "Bu alət vasitəsilə həmin təşəbbüsə qoşulan 141 ölkənin AAO iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində hökumətin gördüyü işlərin, o cümlədən milli və beynəlxalq səviyyədə qəbul edilmiş öhdəliklərin icrası vəziyyətinin qiymətləndirilməsini aparır. Hazırkı tarixə çoxlu sayda AAO-lar, o cümlədən Hesablama Palatasının apardığı qiymətləndirmənin nəticələri icmallaşdırılması üçün müvafiq sistemə daxil edilib. İnanırıq ki, bu təşəbbüs həm milli, həm də beynəlxalq müstəvidə öz müsbət nəticələrini verəcək. Bu qiymətləndirməni keçirən AAO sədri olaraq hesab edirəm ki, bu alətin komponentləri və göstəriciləri həm də gələcəkdə bu sahədə aparılacaq auditlər üçün vacib meyar kimi çıxış etməklə potensial audit mövzularının müəyyən olunmasına töhfə verəcək".

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Noyabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri