Icma.az
close
up
RU
Nəcibə Nəsibova kollektivə təqdim olunub FOTOLAR

Nəcibə Nəsibova kollektivə təqdim olunub FOTOLAR

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə-Azərbaycan Universitetinin (TAU) yeni təyin olunmuş ilk rektoru Nəcibə Nəsibova universitet kollektivinə təqdim edilib.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev Türkiyə ilə Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafında Nəcibə Nəsibovanın rolunu vurğulayaraq onu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Türkiyə-Azərbaycan Universitetinin iki ölkənin strateji tərəfdaşlığının təhsil sahəsində ən mühüm layihələrindən biri olduğunu qeyd edən nazir müavini əlavə edib ki, universitetin Himayəçilər Şurası qarşıdakı dövr üçün ali təhsil müəssisəsinin strateji inkişafı, akademik fəaliyyətinin gücləndirilməsi və institusional potensialının artırılması istiqamətində mühüm hədəflər müəyyənləşdirib.

Rektor Nəcibə Nəsibova öz növbəsində universitetin akademik və inzibati heyətini salamlayaraq bildirib ki, Türkiyə-Azərbaycan Universiteti sadəcə yeni nəsil universitet modeli deyil, eyni zamanda Azərbaycan ilə Türkiyə arasında qardaşlığın, ortaq dəyərlərin təcəssümüdür.Rektor göstərilən etimada görə təşəkkürünü ifadə edərək qarşıya qoyulan hədəflərə nail olmaq üçün çalışacağını bildirib.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu 2024–2025-ci tədris ilindən həyata keçirilir. Universitetdə bakalavriat səviyyəsində "Kompüter mühəndisliyi", "Qida mühəndisliyi" və "Sənaye mühəndisliyi" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. "Kompüter mühəndisliyi" ixtisası üzrə tədris Orta Doğu Texniki Universiteti, "Qida mühəndisliyi" üzrə Hacettepe Universiteti, "Sənaye mühəndisliyi" üzrə isə İstanbul Texniki Universitetinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Azərbaycan tərəfdən tərəfdaş universitet qismində Azərbaycan Texniki Universiteti prosesdə iştirak edir. Universitetdə təhsil yalnız dövlət sifarişi əsasında və ingilis dilində aparılır. Hazırda 174 tələbənin təhsil aldığı universitetə bu il üç ixtisas üzrə ümumilikdə 120 plan yeri ayrılıb. Onlardan 60 yer "Kompüter mühəndisliyi", 30 yer "Sənaye mühəndisliyi", 30 yer isə "Qida mühəndisliyi" ixtisası üçün nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Avqust 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri