Icma.az
close
up
RU
İqlim vəziyyətini anlamaq üçün perspektivləri müəyyənləşdirən xəritə lazımdır “Inner Development Goals”

İqlim vəziyyətini anlamaq üçün perspektivləri müəyyənləşdirən xəritə lazımdır “Inner Development Goals”

Icma.az, Milli.az saytına istinadən bildirir.

İqlim vəziyyətini anlamaq üçün vacib daxili bacarıqları, qabiliyyətləri və perspektivləri müəyyən edən bir xəritə tələb olunur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Inner Development Goals" təşkilatının həmtəsisçisi Erik Fernholm "Daxili inkişafı istifadə edərək regenerativ və imkanları genişləndirən şəhərlərə keçidi dəstəkləmək" mövzusunda panel müzakirəsi zamanı bildirib.

"Bizim davamlılıq böhranımız yoxdur, bizim davranış böhranımız var. Buna biz özümüz cavabdehik. Bu emosional bir prosesdir: əgər biz mənfi emosiyaların öhdəsindən gəlib onları idarə edə bilməsək, vəziyyəti anlaya bilmərik. Biz özümüzü qoruyuruq, haqlı olduğumuzu sübut etməyə çalışırıq və eyni şəkildə yaşamağa davam edirik", - o qeyd edib.

Onun sözlərinə görə, vacib olan şey problemlərimizin öz hərəkətlərimizdən qaynaqlandığını anlamaqdır.

"Bu, bir həqiqətdir, amma ümidverici odur ki, bunu başa düşərək, harada dəyişiklik edə biləcəyimizi görürük. Biz mənalı bir həyat yaşamaq istəyirik və daha yaxşı bir gələcəyə yatırım etməyə hazırıq", - o əlavə edib.

E.Fernholm vurğulayıb ki, problemi anlamaq üçün lazımi bacarıqları müəyyənləşdirən daxili məqsədlər xəritəsi tələb olunur.

"Bizim sistematik düşünməyimiz, yeni perspektivlər tapmağımız və hərəkət etməyimiz vacibdir - həm fərdi, həm də kollektiv olaraq", - o əlavə edib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Noyabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see207

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see199

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see183

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see153

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see150

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see136

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri