Icma.az
close
up
RU
İqlim sirrini anlamaq üçün milyon illik buz əridiləcək

İqlim sirrini anlamaq üçün milyon illik buz əridiləcək

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

İngiltərə Antarktika Araşdırmaları İnstitutunun (BAS) tədqiqatçıları Yer kürəsinin iqlim tarixini 1,5 milyon il əvvələ qədər təkrar qurmaq üçün iddialı bir layihəyə başlayıblar. 

Qaynarinfo xəbər verir ki, onlar bu məqsədlə Antarktikadan gətirilmiş və planetin ən qədim buz nümunələrindən hesab olunan nüvələri yeddi həftə ərzində, mərhələli şəkildə əridəcəklər.

Bu eksperiment zamanı buz nüvələrinin içində qorunub saxlanılmış toz, vulkanik kül və təkhüceyrəli yosunların ortaya çıxacağı gözlənilir. Alimlərə görə, bu materiallar Yer kürəsinin qədim iqlimi və atmosfer strukturu barədə qiymətli ipucları ehtiva edir və istixana qazlarının milyon ildən artıq bir müddət ərzində qlobal temperaturu necə dəyişdirdiyinə dair yeni məlumatlar təqdim edə bilər. Bununla yanaşı, bu nəticələr insan fəaliyyəti nəticəsində yaranan emissiyaların gələcək iqlimə təsirini anlamaq üçün də əhəmiyyətlidir.

Araşdırmanın əsas məqsədi – Yer kürəsinin buzul dövrlərinin niyə 800 min ilə 1,2 milyon il əvvəl qəfil dəyişməyə başladığını müəyyənləşdirməkdir. Bu sirli dəyişiklik "Orta Pleystosen Keçidi” (Mid-Pleistocene Transition) adlanır. Tədqiqatçılar bu dəyişimin səbəblərinin məhz buz nüvələrinin dərinliklərində gizləndiyini düşünür.

2004-cü ildə Antarktika buz nüvələri üzərində aparılmış təhlillər, son 800 min ildə Yer iqlimi ilə atmosferdəki qazlar arasında sıx əlaqə olduğunu üzə çıxarmış və planetin təxminən hər 100 min ildən bir, isti dövrlərlə fasilələnən buzul çağları keçirdiyini ortaya qoymuşdu.

Yeni araşdırma ilə daha geniş və dəqiq təhlillərin aparılması üçün lazım olan məlumatların əldə ediləcəyi ümid olunur.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 İyul 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri