Icma.az
close
up
RU
İqor Ponomaryov: Hədəf birinci pillədir MÜSAHİBƏ

İqor Ponomaryov: Hədəf birinci pillədir MÜSAHİBƏ

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sabah"ın idman direktoru İqor Ponomaryovun Sport24.az-a müsahibəsi

- "Sabah" kubokun finalında "Qarabağ"ı məğlub etdi. Təəssüratlarınız necədir?

- Bir ay əvvəl məşqdə gördüm ki, komandada əhval-ruhiyyə çox yüksəkdir. Hiss olunurdu ki, komandanın əsas "nastroy"u kubokun finalınadır. Ondada görünürdü. Rəhbərliklə də danışırdıq. Final görüşü göstərdi ki, komandada hər kəs sona qədər vuruşdu, mübarizə apardı, oyuna da hazır idilər. Hamı qalib gəlmək istəyirdi. 

- Kuboku qazanmaq, "Sabah" üçün avrokuboklara yollanmaq yolunda son şans idi. İkiqat təzyiq var idi?

- Çempionatdan avrokubokara düşə bilməyəndə, təzyiq yox idi. Amma ümumilikdə təbii ki, təzyiq var idi. Futboldur. Hamımız insanıq və qalib gəlmək haqda düşünürdük. Uşaqlar qalib gəlmək istəyirdi, sübut etmək istəyirdilər ki, prinsipcə onlar avrokuboklarda iştirak etməlidirlər. Çünki çempionatda 18 oyunda bərabərə qalmışdıq. Kubokun finalında isə qalib gəlmək istəyirdik. Biz çempionatda da istənilən klubla layiqli və yaxşı oynadıq. Daha çox xalı turnir cədvəlində bizdən aşağıda olan klublarla oyunlarda itirdik. Komanda istənilən halda sonda istədiyi nəticəyə çatdı, avrokuboklara getdi. Çempionat yolu ilə olmadı, amma kubokla oldu. Həm də, ölkə kubokunu qazandıq. 

- "Sabah" Avropa Liqasında mübarizə aparacaq. Komandanın məqsədi əsas mərhələyə qədər irəliləməkdir? Bunun üçün yəqin ki, çoxlu transferlərə ehtiyac var?

- Razıyam, güclənmə lazımdır. 100 faiz güclənmə olacaq. İstəyimiz də avrokuboklarda irəliləməkdir. Harasa qədər gedə bilərsən, amma daha çox resurs lazımdır ki, daha yüksək səviyyədə oynayasan. Bugünkü gündə komandamız yaxşı mübarizə aparır. Yavaş-yavaş çempionatımız da yaxşılaşır, Premyer Liqada iştirakçı sayı da artırıldı. Görək "İmişli", "Karvan", "Qəbələ" nə ilə gələcək. Premyer Liqa hər şeyi göstərəcək.

- Vasili Berezutski qalacaq postunda?

- Düzü, bu sual şübhə altında deyil. Sadəcə jurnalistlər bu sualları Berezutskiyə hər dəfə verirlər. Müsahibələrdə, mətbuat konfranslarında. Berezutski düzgün işləyir, kuboku qazandı. Çox şey etdi. İstənilən halda, düşünürəm ki, kubok qazanmağımız onun "zasluqası"dır.

- Maraqlıdır ki, Berezutskinin gəlişindən sonra "Sabah" "Qarabağ"a uduzmayıb...

- Elədir. "Turan Tovuz"la da ilk iki oyununda oynadıq, kubokda onları keçdik. Hər şey yaxşıya doğru getdi. Hər şey ola bilər. 

- Ölkə kubokunu götürdünüz. Yəqin ki, yeni mövsüm əsas hədəf Premyer Liqada çempion olmaqdır? "Qarabağ"ı keçərək çempion olmaq realdır?

- Bugünkü gündə "Qarabağ"ın hegemonluğu var. Təbii ki, bu hegemonluğa son qoymaq lazımdır. "Zirə" bu mövsüm yaxşı görünürdü, "Turan Tovuz" pis görünmürdü. Biz də elə oynamalıyıq ki, birinci yer uğrunda mübarizə aparaq. Çünki hədəf birinci pillədir. Əvvəldən də belə olmalıdır ki, hansısa görüşdə, sənin səviyyəndə olmayan rəqiblərlə görüşdə xal itirməyəsən. O xallar sonda çox vacib olur. Hansı ki, bu sezonda belə xallar itirdik. Yəqin elə klub yoxdur ki, çempion olmaq istəməsin. "Qarabağ" yaxşı komandadır. Amma elə etmək lazımdır ki, "Qarabağ" kimi komandalarımız çox olsun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://sport24.az
archiveBu xəbər 04 İyun 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri