Icma.az
close
up
RU
İqor Ponomaryov 65 yaşına çatdı

İqor Ponomaryov 65 yaşına çatdı

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Neftçi” klubunun keçmiş futbolçusu, Əməkdar idman ustası və Prezident təqaüdçüsü İqor Ponomaryovun 65 yaşı tamam olub.
Modern.az xəbər verir ki, AFFA rəhbərliyi veteran futbolçu, Olimpiya çempionu İqor Ponomaryovu 65 illik yubileyi münasibətilə təbrik edib.
Bu münasibətlə veteran futbolçuya xatirə hədiyyəsi təqdim olunub.
İqor Ponomaryov 24 fevral 1960-cı ildə Bakıda doğulub. O, 1978-ci ildən "Neftçi" klubunda oynamağa başlayıb. Futbolçu kimi karyerasının çox hissəsini "Neftçi"də keçirib. SSRİ-nin olimpiya yığmasının tərkibində 1988-ci il Seul olimpiadasında qızıl medal qazanıb. 1982-ci ildə MOİK-in tərkibində hərbi xidmət keçib və 1989-cu ildə İsveçin "Norrçyopinq" klubunda yarım mövsüm oynayıb, onunla ölkə çempionu olub. Ancaq zədə səbəbindən karyerasını vaxtından əvvəl bitirmək məcburiyyətində qalıb. 
İqor Ponomaryov penalti zərbələrini dəqiq yerinə yetirən futbolçu kimi də ad-san qazanıb. O, SSRİ çempionatlarında 34 penaltidən 31-ni dəqiq reallaşdırıb. 
Karyerasını başa vurduqdan sonra İsveçdə yaşayıb. İsveçin kiçik liqa komandalarını çalışdırıb.
Baş məşqçi karyerası ərzində isə o, Azərbaycan yığması, “Qarabağ” və “Xəzər-Lənkəran”, eləcə də Rusiyanın "Maşuk-KMV" komandalarına rəhbərlik edib.

2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb. 24 fevral 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Hazırda 2018-ci ildən bəri Azərbaycanın "Sabah" futbol klubunun Müşahidə Şurasının üzvüdür. 2021-ci ildən həm də "Sabah"ın idman direktoru təyin olunub. 2019-cu ildə və 2024-cü ildə müvəqqəti olaraq klubun baş məşqçisi işləyib.

Onun oğlu Anatoli Ponomaryov da futbolçudur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Fevral 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri