Icma.az
close
up
RU
İqtidar öz gücünə əmin olan, milli maraqlara sadiq qalan güclü tərəf kimi çıxış edir.

İqtidar öz gücünə əmin olan, milli maraqlara sadiq qalan güclü tərəf kimi çıxış edir.

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Sıravi vətəndaşlar siyasi prosesləri nəzarətsiz və cəngəllik qanunları ilə “yaşayan” sosial şəbəkələr vasitəsilə müşahidə edən zaman öz aktuallığını qorumaq üçün qalmaqal yaradan siyasətçiləri, iqtisadi və siyasi divident qazanmaq üçün intriqalardan bəhrələnən siyasətbazları, şəxsi siyasi ambisiyalarını ödəmək üçün xaricdən dəstək axtaran xainləri, siyasəti ucuz alver məkanına çevirmək arzusunda olan cılız siyasişivənləri gördüyü üçün zamanla siyasətə olan etibarları tükənə bilir. Əlbəttə ki, mövcud vəziyyətdən qərəzli şəkildə faydalanmaq istəyənlər də elə məhz həmin siyasətbazlardır. Təkcə elə buna görə deyə bilərik ki, müşahidə etdiyimiz bəzi hadisələr əsla təsadüfi deyil.
Cəmiyyətdə yaşanan həmrəylik mühiti radikallar üçün, daha dəqiq ifadə etsək, onların siyasətdə mövcudluqlarını qorumaq üçün real təhdid mənbəyidir. Radikal təfəkkür sahibləri cəmiyyəti ideoloji baxımdan parçalamaq, ixtilaf yaratmaq və manipulyasiyalar vasitəsilə ictimai münasibətləri qarşılıqlı ittihamlar müstəvisinə qədər çatdırmaq istəyirlər. Bu mənada radikal təfəkkür sosial-psixoloji xəstəlikdir və əksər hallarda bu cür xəstəlik xroniki xarakter daşıyır. Vətəndaş bu sadə siyasi həqiqətləri bilməli və mövcud məsələdə romantizm yolverilməzdir.
Odur ki, ixtilafı və açıq dözümsüzlüyü mümkünsüz edən siyasi dialoq və həmrəylik mühiti cəmiyyətin dayanıqlı inkişafını təmin edən siyasi dəyər kimi qəbul olunmalıdır. Mövcud obyektiv təsbit siyasi mənsubiyyət və şəxsi siyasi simpatiyalardan asılı deyil. Elə məhz buna görə də son beş il ərzində hakimiyyətin siyasi dialoq ilə bağlı olan bütün təşəbbüsləri həm vətənpərvər siyasi qüvvələr, həm ictimaiyyət tərəfindən təqdir olunmalıdır.
Dialoq siyasi münasibətlərə aydınlıq işığı saçaraq etibarlı və qarşılıqlı hörmət mühiti yaradır, dövlətin inkişafı naminə cəmiyyətdə olan potensialı səfərbər edir, siyasətin pozitiv məzmununu formalaşdırır, habelə dayanıqlı inkişafının ideoloji əsası olan milli birliyi daha da möhkəmləndirir. Dialoqun dəyər baxımından ən önəmli pozitiv təzahürlərindən biri də odur ki, o siyasəti vətəndaşlar üçün əlçatan edir. Siyasətin əlçatanlığı isə demokratiyanın ən fundamental xüsusiyyətlərindəndir.
Qeyd olunanlar fonunda çəkinmədən deyə bilərik ki, hökumətin növbəti təşəbbüsü xüsusi çəkiyə malikdir. Belə ki, fevralın 25-də siyasi dialoq mühitinin təşviq olunması məqsədilə Prezident Administrasiyası tərəfindən “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” adlı dəyirmi masa təşkil olunmuşdur.
Sevindirici haldır ki, sözügedən tədbir mətbuatda kifayət qədər geniş şəkildə işıqlandırılmışdır. Qeyd olunan fakt özü-özlüyündə ondan xəbər verir ki, iqtidarın siyasi dialoqla bağlı olan bütün təşəbbüsləri açıq şəkildə ictimailəşdirilir. Yəni, bu dialoqda tərəf müqabili olan bütün siyasi partiyalara məcazi mənada əməkdaşlıq əllərini uzadan məhz iqtidardır. Bu təsbit də öz növbəsində təkzibolunmaz faktdır. Birliyi və həmrəyliyi inkar edən radikalların əllərini isə biz yalnız Azərbaycanın düşmənləri olan, xainciklərə sponsorluq edən qüvvələrin ciblərində tapa bilərik. Bilməli olduğumuz əsl həqiqət budur, digər məsələlər sadəcə təfərrüatlardır.
Bəli, qeyd olunan tədbir siyasi münasibətlər kontekstində geniş və peşəkar diskussiyalara layiq olan hadisədir. Yeri gəlmişkən bildirməliyik ki, sözügedən tədbirdə siyasi partiyaların rəhbərləri ilə yanaşı alim, siyasi şərhçilər və müxtəlif internet resurslarının rəhbərləri də iştirak etmişdir. Dolayısilə sağlam siyasi dialoq eyni zamanda Azərbaycanda ekspert cameəsinin də formalaşdırılmasına töhfə vermiş olur. Bu olduqca vacib amildir. Vətənpərvər və peşəkar ekspert cameəsinin mövcudluğu cəmiyyətin potensialını dövlətin inkişafı naminə səfərbər olunmasına xidmət edir.
Xüsusi olaraq diqqət yetirməli məsələlərdən biri odur ki, təşkil olunmuş sözügedən dəyirmi masada Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə Hesablama Palatasının nümayəndələri iştirak etmişdir. Bu cür format və tərkibdə təşkil olunmuş tədbirdə rəsmi dövlət qurumlarının nümayəndələrinin iştirak etməsi iqtidarın açıq və konstruktiv dialoqa müxalifəti dəvət etməsinin növbəti sübutu və göstəricisidir. Konstruktiv və peşəkar dialoqun digər forması hələ də icad olunmayıb və “müxalifət” bunu anlamalıdır. Küçə iğtişaşları dialoqa yox, məhz xaosa və tənəzzülə aparan yoldur.
Təsadüfi deyil ki, tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ötən dövr ərzində mövcud istiqamətdə görülmüş işlər haqqında danışaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirmişdir. Qeyd olunanlar deməyə əsas verir ki, siyasi dialoq təkcə siyasi partiyalar üçün yox, bütün vətənpərvər qüvvələr üçün unikal ideoloji platformadır.
Tədbir zamanı iştirakçılara xitabən Prezident Administrasiyasının rəsmisinin səsləndirdiyi növbəti sözlərinə diqqət yetirək: “Ötən 5 il ərzində biz sizlərlə bir yerdə münasibətlərdə adi əməkdaşlıqdan etibarlı tərəfdaşlığa qədər böyük və çətin bir yolu qət etdik. Etibarlı tərəfdaşlıq bizim hamımızın böyük nailiyyətidir. Bu yolda çətinliklər olub, təxribatlar da yaşanıb, ancaq biz dövlət və cəmiyyətin inkişafı, habelə yaşanan həmrəylik mühitini qorumaq naminə bütün sınaqlardan keçdik. Dövlətçilik naminə birgə əməkdaşlığımız bütün intriqalara qalib gəldi... Siyasi baxışlarından asılı olmayaraq burada əyləşən hər kəsi birləşdirən amil dövlətə və dövlətçiliyə olan sədaqətdir, siyasi dialoqun gözəlliyi və gücü də elə bundadır.” Bəli, heç şübhəsiz ki, bu sözlər Prezident İlham Əliyevin dialoq siyasətinin fəlsəfəsinin mahiyyətini əks etdirir. Mahiyyəti görməmək həqiqəti inkar etmək qədər zərərlidir.
Bir anlıq təsəvvür edin ki, konkret bir ailədə sağlam dialoq (ünsiyyət) və etibarlı mühit yoxdur. Şübhəsiz ki, həmin ailə davamlı mübahisə və problemlərin yaşamasına məhkum olacaqdır. Cəmiyyət isə böyük ailədir. İndi hər kəsə tam aydın olmalıdır ki, niyə radikal təfəkkür sahibləri bütün vəchlə dialoqa qarşı çıxış edir və ölkədə fəaliyyət göstərən siyasi partiyaları bu prosesdən yayındırmaq istəyirlər. Əlbəttə ki, burada sağlam niyyətdən söhbət belə gedə bilməz. Dialoqsuz mühit həm cəmiyyətdə, həm də ki, siyasətdə şübhə, böhtan və qalmaqallara qapı açır.
Sözsüz ki, alimlərin də bu mövzuya münasibəti maraqlıdır və bu həm də nəzərə alınmalıdır. Alimlərin nəzəri və ideoloji çalışmaları siyasi dialoqun dəyərlər sistemində təsbit olunmasına xidmət edir və ictimaiyyətin siyasi partiyalara olan münasibətini pozitiv mənada dəyişdirə bilər. Ancaq “fəlsəfə” mütləq olaraq sual verməlidir, əks halda o öz mahiyyətini itirə bilər. Bu dəfə də tədbirdə iştirak edən tanınmış filosoflardan biri dolayısilə siyasi partiyaların sədrlərinə müraciət edərək soruşdu: “yenilik nədədir?” Bəli, hörmətli filosof ona işarə edir ki, dialoq eyni zamanda dayanıqlı inkişafı təmin edə biləcək əməkdaşlıq və rasional yeniliklərin açarıdır. Dialoq Vətən, millət, dövlət və dövlətçilik naminə vacib və faydalı yeniliklər yaratmaq, yaşatmaq qüdrətindədir. Ona görə də cəmiyyətin inkişafını istəyən bütün siyasi partiyalar və demokratik qüvvələr sağlam dialoqu dəstəkləməlidir. Ən azından ona görə ki, dialoqsuz vətəndaş cəmiyyətinin gələcək mövcudluğu sual altında qala bilər. Sözügedən tədbirin timsalında dialoq mühiti təşviq edən və müzakirələrə açıq olan iqtidar öz gücünə əmin olan, milli maraqlara sadiq qalan güclü tərəf kimi çıxış edir.
politoloq Asif Adil
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Mart 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri