Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Ermənistanda iqtidar kilsə qarşıdurması

Ermənistanda iqtidar kilsə qarşıdurması

525.az saytına istinadən Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Ermənistanda artıq bir müddətdir ki, iqtidar-kilsə qarşıdurması davam edir. Söhbət Baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qaregin arasındakı gərginlikdən gedir. Proseslərin gedişi gərginliyin daha da artacağını deməyə əsas verir.

Hazırkı qarşıdurmanın səbəblərinə toxunmazdan əvvəl qeyd etmək lazımdır ki, Ermənistanda kilsə tarixi boyunca dini deyil, siyasi işlərlə məşğul olub. Terrorizmə dəstək vermək, bütün erməniləri qondarma “erməni soyqırımı”na görə qisasa çağırmaq, erməni terror qruplaşmalarına yerinə yetirmələri üçün cinayət planları hazırlamaq, onlara maddi yardım göstərmək, tarixi hadisələri saxtalaşdırmaq, erməni xalqının “qədimliyi” və “əzabkeşliyi” haqqında müxtəlif miflər yaratmaq erməni kilsəsinin fəaliyyətində xüsusi yeri tutur. Vaxtilə erməni terror təşkilatlarının meydana gəlməsində və formalaşmasında erməni kilsəsi birbaşa iştirak edib. Tarix boyu soydaşlarımıza qarşı həyata keçirilən qırğınlar, soyqırımları məhz erməni kilsəsinin çağırışı və dəstəyi ilə baş verib.

Tarixən erməni katolikoslarının fəaliyyətinin əsasında erməni millətçiliyi türk-müsəlman əhalisinə qarşı düşmənçilik dayanıb. II Qaregin də öz sələflərinin yolunu davam etdirib, sülhə deyil, daim Azərbaycanla müharibəyə çağırışlar edib.

İndiki gərginlik heç şübhəsiz ki, siyasi amillərlə bağlıdır. Daha dəqiq desək, Ermənistanda revanşistlərin, sabiq cinayətkar xunta rejimlərinin rəhbərlərinin fəallaşması fonunda kilsənin də hakimiyyətlə qarşıdurması təsadüfi deyil. Erməni kilsəsi yenə də siyasi sifariş yerinə yetirir. Bu sifarişin təkcə daxildən deyil, həm də bəzi xarici qüvvələr tərəfindən verildiyi də istisna edilmir. Məqsəd təbii ki, hakimiyyət çevrilişinə nail olmaqdır. Ermənistanda din xadimləri bir müddətdir ki, məhz buna nail olmağa çalışırlar. Sabiq xunta rejimlərində təmsil olunmuş bəzi şəxslərin Paşinyanın Erməni Apostol Kilsəsinə və onun yüksək rütbəli ruhanilərinə qarşı səsləndirdiyi fikirləri ciddi tənqid edir, bunun yolverilməz və təhlükəli olduğunu, Ermənistan dövlətçiliyinin təməlini sarsıtdığını deyirlər.

Paşinyan baş verənlərin fərqində olduğu üçün və gələn il keçiriləcək seçkilərdə hakimiyyəti əldən verməmək üçün kilsəyə qarşı hücuma keçərək, onu korrupsiyada və rüşvətxorluqda günahlandırdı.

Erməni Apostol Kilsəsinin nümayəndələri isə Paşinyanı həyat yoldaşı ilə nikaha girməməkdə ittiham ediblər. Baş nazir cavabında onları subaylıq andını pozmaqda günahlandırıb: “Bəziləri mənim Anna Akopyanla rəsmi evli olmadığımdan narahatdır. Bizim ruhani elitamızın yarısı eyni vəziyyətdədir. Bu isə heç kimi narahat etmir. Bəlkə də sual vermək lazımdır: yepiskoplarımızdan neçəsi həqiqətən subaylıq andına əməl edir?”

O, keşişlərin öz yaxınlarının arvadları ilə əxlaqsız həyat yaşadıqlarını yazaraq Apostol Kilsəsinin nümayəndələrini sərt ifadələrlə ittiham edib.

Ermənistanın Baş naziri dünən sosial şəbəkə hesabında yenidən Katolikos II Qareginin subaylıq andını pozub-pozmaması və övladının olub-olmaması ilə bağlı suallara cavab verməyə çağırıb: “Mənim təsəvvürümə görə, bütün ermənilərin katolikosu danılmaz nüfuz sahibidir, ədalətin dönməz müdafiəçisidir, danılmaz həqiqət mənbəyidir. Mən bütün ermənilərin katolikosunun həqiqəti gizlədə biləcəyinə inana bilmirəm, bütün ermənilərin katolikosunun dilindən həqiqətdən başqa bir şeyin çıxa biləcəyinə inana bilmirəm. Bizim ondan həqiqəti eşitmək haqqımız var”.

Göründüyü kimi, qarşılıqlı ittihamlar davam edir. Gələn il Ermənistanda keçiriləcək parlament seçkilərində çoxluğu qazanmaq üçün Paşinyan həm kilsə, həm də dirilən keçmiş cinayətkar rejim rəhbərləri - Robert Köçaryan, Serj Sarkisyanı zərərsizləşdiməyi bacarmalıdır. Bəs vəziyyət necə inkişaf edəcək? Paşinyan öz istədiyinə nail ola biləcək?

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov mövzu ilə bağlı “525”ə şərhində deyib ki, Paşinyanın kilsə ilə baş-başa gəlməsi onun tərəfdarları arasında narazılıq yaradıb. O da tərəfdarlarını yığıb və konkret deyib ki, kilsə onu devirmək üçün tapşırıq alıb: “İndi söhbət dini deyil, siyasi məsələdən gedir. Kilsə siyasi proseslərə və bilavasitə Paşinyanı devirməklə bağlı açıq şəkildə işlərə qarışıb. Ötən il arxiyepiskop Baqrat Qalstayan proseslərə rəhbərlik edirdi, katolikos özünü kənarda saxlayırdı, ancaq bütün təlimatlar kilsədən alınır, yığıncaqlar hamısı kilsələrdə keçirilirdi. İndi də hücum hazırlanır, özü də bilavasitə Moskvadan idarə olunaraq. Paşinyan da siyasi mübarizəsini aparır”.

R.Musabəyov hesab edir ki, hazırda kilsənin əli ilə kimisə hakimiyyətə gətirmək iqtidarında deyillər: “Həmin qüvvələr anlayırlar ki, parlamentdə Paşinyana qarşı təzyiq edib, onu impiçmentə məruz qoymaq mümkün deyil. Bunun üçün küçələrə 100-200 min adam toplanmalıdırlar. Bu vaxta kimi göstərdikləri bütün səylərə baxmayaraq, 10-15 mindən artıq tərəfdar toplaya bilməyiblər.

İndi də Paşinyanın əleyhdarları ilə bağlı əminlik yoxdur. Yəni Paşinyanın nüfuzu xeyli aşağı düşsə də, ancaq onun üzdə olan rəqibləri Serj Sarkisyanın, Robet Köçəryanın nüfuzları ümumiyyətlə 1-2 faizdir. Alternativ namizəd yoxdur. Onlar alternativ tapmayana qədər düşünürəm ki, Paşinyanı devirə bilməyəcəklər. Amma istisna etmirəm ki, Moskvanın məqsədi ikibaşlıdır. Mümkün olarsa, Paşinyanı devirmək, əks halda elə bir təzyiq təşkil etmək ki, məcbur olub Moskvanın ayağına getsin. Məsələ bundan ibarətdir.

Nikol Paşinyan əvvələr özünü daha arxayın aparırdı. Bu, ilk növbədə onun insanlardan aldığı dəstəyin nəticəsi idi, amma indi dediyim kimi, nüfuzu aşağı düşüb, öz dəstəyini itirəndən sonra onu nə Fransa prezidenti Makron, nə də Avropa İttifaqından kimsə xilas edə biləcək. Paşinyan çalışır ki, öz mövqeyini möhkəmləndirsin. Polisin rəhbərini dəyişdi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmədə dəyişikliklər edir ki, inzibati nəzarəti ilə aşağı düşən nüfuzunu kompensasiya etsin. Bunu nə dərəcədə bacaracaq, nəzəri cəhətdən cavab vermək mümkün deyil, bu, gərək sınaqdan keçsin”.

Ermənistan liderinin kilsəni siyasətdən kənarda tutmağa nail ola biləcəyinə gəlincə, R.Musabəyova görə, bunun üçün gərək Paşinyan kilsənin rəhbərliyini dəyişsin: “Özü də bir nəfəri deyil, demək olar ki, oradakıların hamısı çirkab içindədirlər. Kilsə təmiz qalsın, kimlərsə çirkab içində olsun, yox, onlar hamısı dəllallıqla, bizneslə məşğuldurlar, özəl həyatları da heç də nümunəvi deyil. Bunlar hamısı göz qabağındadır. Paşinyanın özünün də həyat yoldaşı ilə nə qanuni, nə də kilsədə nikahı var. Kilsə onu ənənələri pozmaqda ittiham etməyə başlayanda, ailəsinin nümunəvi olmadığını deyəndə, o, cavabında öz əks arqumentlərini ortaya qoyaraq, bildirdi ki, əslində onların nə həyat yoldaşları, nə uşaqları olmalıdır. Amma qanunsuz olaraq qadınları da, uşaqları da var. Bunun nəticəsində onsuz da insanların arasında nüfuzu yüksək olmayan kilsənin nüfuzu bir az da aşağı düşəcək”.

R.Musabəyov əlavə edib ki, baş verənlərin Azərbaycan üçün heç bir təhlükəsi yoxdur: “Başları özlərinə nə qədər çox qarışsa, o qədər yaxşıdır. Ermənistan bu gün Azərbaycan üçün rəqib deyil. Bu gün Ermənistan bir toplum kimi sülhdə maraqlı olmalıdır. Onların iqtisadiyyatları Azərbaycanla müqayisədə çox kiçik və zəifdir. Hərbi sahədə bizimlə yarışmaq istəyi ona gətirib çıxarır ki, büdcə imkanları məhdudlaşır, hansısa bir sosial proqramlar ləğv olunur. Digər tərəfdən anlayırlar ki, nə qədər dəridən-qabıqdan çıxsalar da, Rusiya öz himayəsini dayandırdığı, əlini çəkdiyi halda, cınqırlarını belə çıxara bilməzlər. Bir tərəfdə Türkiyə, digər tərəfdə Azərbaycan. Sülh onlara Azərbaycandan daha vacibdir. Türkiyə ilə sərhədlərinin açılmasını istəyirlər. İndi bütün ümidlərini ona bağlayırlar ki, ABŞ, Avropa İttifaqı Azərbaycandan ciddi təkid edəcək ki, sülh müqaviləsi imzalansın və bölgədə sülh olsun. Azərbaycanın müəyyən tələbləri var, götür-qoy etsinlər, ancaq hər bir halda Ermənistandakı daxili vəziyyət Azərbaycan üçün o dərəcədə vacib də deyil, sülh sazişini imzalamaqla bağlı da tələsməyə bizi heç nə vadar etmir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://525.az
archiveBu xəbər 10 İyun 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see477

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see460

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see440

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see313

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see309

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see301

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see279

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see261

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see255

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see246

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see238

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see231

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see219

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see212

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see210

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see207

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see205

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see199

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see183

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri