Icma.az
close
up
RU
İqtidarla müxalifət arasında ciddi dialoq mərhələsi başlayıb RƏYLƏR

İqtidarla müxalifət arasında ciddi dialoq mərhələsi başlayıb RƏYLƏR

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Siyasi dialoq və milli həmrəylik faktoru bütün cəmiyyətlər üçün hər zaman aktuallığını qoruyub saxlayan məsələdir. Azərbaycanda siyasi dialoq və milli həmrəyliyin təzahürü xüsusən, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra ən üst səviyyəyə yüksəlib. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühiti geniş şəkildə təşviq olunur. Eyni zamanda, siyasi dialoq mühitinin təşviqi ilə yanaşı, yeni siyasi mədəniyyətin formalaşması, yeni siyasi konfiqurasiyanın təməllərinin möhkəmlənməsi prosesi də uğurla davam edir. Bu kontekstdə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərə birgə səfərlərinin təşkili artıq ən yeni tariximizin müsbət ənənələrindən birinə çevrilir. Siyasi dialoqun təşviqinə xidmət edən bu səfərlər, eyni zamanda birlik və həmrəyliyin təzahürü kimi qəbul edilir. Ölkənin siyasi partiya rəhbərlərinin, ictimai xadimlərinin, politoloqlarının, media təmsilçilərinin bir araya gəlib işğaldan azad edilmiş ərazilərimizə birgə səfər etmələri artıq ənənə halını almaqla yanaşı, yeni reallıq kimi qəbul edilir. Ümumilikdə 80 nəfər olmaqla, 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloqlar, siyasi şərhçilər, internet televiziyalarının rəhbərləri, jurnalistlər bu dəfə Laçına səfər ediblər. Səfər çərçivəsində Zabuxçay su anbarı, Laçın şəhəri, o cümlədən Heydər Əliyev küçəsi, “Lacinema” kino mərkəzi, “Hoçazfilm” kinopavilyonu və Bəylik kəndində aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq olub. Habelə “Zerti Aqro-Sənaye Parkı”nda fəaliyyət göstərən müəssisələr haqqında bizə ətraflı məlumatlar verilib. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Laçın şəhərində səfər iştirakçıları qarşısında çıxış edərək ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı şəkildə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verib. 


"Cümhuriyyət" qəzetinin baş redaktoru, "Cebhe.info" xəbər portalının direktoru Rəfail Becanov "Sherg.az"a deyib ki, Azərbaycan cəmiyyəti yeni siyasi mədəniyyət, sivil münasibətlər sistemində yaşayır. Baş redaktorun sözlərinə görə, bu gün özümüzün siyasi həmrəylik və milli birlik nümunəmiz var: 

"Gələcəkdə təhlillər, analizlər aparılaraq, bu münasibətlər sistemi bir nümunə kimi istər ölkəmizdə ayrı-ayrı sahələrdə, istərsə də beynəlxalq təcrübədə öyrəniləcək, tətbiq olunacaq. Ölkənin inkişafının təməl prinsiplərindən biri cəmiyyətin milli birliyi, həmrəyliyidir. Bunun üçün isə ən zəruri hal siyasi mühitdə qarşılıqlı etimadın formalaşması, siyasi qüvvələr arasında dialoq və milli prioritetlərin birgə qorunması, müdafiəsi, həmrəylik formulunun cəmiyyətin bütün sferalarına inikasıdır. Ölkəmizdə bu mərhələ başlayanda bəzən inamsızlıq, bəzən nəticənin olmaması kimi qorxular olsa da, zaman göstərdi ki, proses həqiqi milli birliyə xidmət amalı daşıdığından qarşılıqlı etimada əsaslanan birlik mümkünsüz deyil. 2019-cu ildə Prezident İlham Əliyevin tapşırığı ilə başlayan siyasi kurs uğurlu nəticələrinə görə bu gün cəmiyyətin təqdir etdiyi əsas siyasi kampaniyalardandır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən ardıcıl strateji xətt olaraq aparılan proses ölkədə siyasi həmrəylik və milli birlik Platformasına çevrilib".


Millət vəkili, Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini Elçin Mirzəbəyli də deyib ki, Azərbaycanın siyasi partiyaları cüzi istisnalar olmaq şərti ilə hər zaman milli məsələlərdə ortaq mövqedən çıxış ediblər: 

"Bu, ölkənin siyasi həyatı üçün çox vacib fəaliyyətlərdən biridir. Bu proses 2019-cu ildən etibarən başlayıb və daha sürətli şəkil alıb. Şübhəsiz ki, bu prosesə təkan verən amillərdən biri də bizim böyük Zəfərimizdir". 


ReAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, artıq bir neçə ildir ki, Azərbaycanda yeni siyasi mühit formalaşıb: 

"İqtidar və müxalifət partiyaları arasında ciddi dialoq mərhələsi başlayıb. Bu dialoq prosesi kifayət qədər məsələlərin effektiv həll yollarının tapılmasında çox yaxşı ab-hava yaradır". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 May 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri