Icma.az
close
up
RU
İdarəetmədə iqtidarla yanaşı müxalifət də iştirak edir

İdarəetmədə iqtidarla yanaşı müxalifət də iştirak edir

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


"Dünən ölkəmizdə fəaliyyət göstərən siyasi partiya sədrlərinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri baş tutub. Əvvəlcə Horadiz şəhərinin yaxınlığında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyəti barədə məlumat aldıq. Düşmən tərəfindən basdırılmış minaların zərərsizləşdirilməsi prosesini izlədik. Minatəmizləmə ilə məşğul olan qəhrəman oğullarımızla qürur duyduq. Partladılan minanın dalğası və səsi, həqiqətən də qorxunc idi".
Newscenter.az xəbər verir ki, bu fikirləri Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə partiya sədrləri, millət vəkilləri, politoloqlar, internet telekanallarının rəhbərləri və digər media mənsublarının iştirakı ilə baş tutan səfərin təəsüratlarını bölüşərkən səsləndirib. Partiya sədri deyib ki, səfər zamanı Cəbrayıl şəhərinin yenidən qurulması prosesi ilə tanış olublar:

"Bir tərəfdə 4-5 mərtəbəli müasir və olduqca göz oxşayan binalar və elə onun yanındaca ermənilərin vəhşi kimi dağıtdığı evləri görəndə insanda hərtərəfli qənaət hasil olur. Kimin kim olduğu bilinir. Cəbrayıllılar demək olar ki, kütləvi şəkildə bizmlə görüşə axışdılar. İnsanlar hisslərini, həyacanlarını, sevinclərini bölüşürdülər. Bu xoşbəxtliyi çoxaltmaq üçün onu paylaşmaq lazımdır, axı.
Cəbrayılda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı isə işğaldan azad edilmiş ərazidə məskunlaşan sakinlərin yaxın gələcəkdə işlə təmin olunması üçün böyük ümidlər yaradır. İlkin nəticələr də var".
Mütəllim Rəhimli qeyd edib ki, sonra Zəngilanın Məmmədbəyli kəndi, Zəngilan şəhər məscidi, Zəngilan Konqres Mərkəzi, 104 mənzilli yaşayış kompleksi və Oxçuçay üzərində yerləşən “Zəngilan” SES-ə baxış keçirmək, görülən işlərlə tanış olmaq imkanı əldə ediblər:
"Zəngilan şəhərinin tikiləcəyi ərazini gördük. İndi burada məscid və konqres mərkəzi tikilib, məktəb və bir neçə binanın isə əsası qoyulub tikilməkdədir. Ermənilərin dağıtdığı və tövlə kimi istifadə etdiyi məscidimiz tarixi abidə kimi saxlanılıb, onun yanında isə sənət əsəri sayılacaq müasir məscid inşa olunub. İndi hər kəs məsciddə bu torpaqların azadlığı uğrunda şəhid olanların ruhuna dua, Allaha isə şükür etmək imkanına malikdir. Sanki ilkin olaraq burada məscidin tikilməsinin də məhz mənası budur".
Partiya sədri hesab edir ki, işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə yaxından tanış olmaq imkanı müxalifətin siyasi arenada həqiqi yerini tutması üçün yaxşı təşəbbüsdür:
"Çünki idarəetmədə iqtidarla yanaşı müxalifət də iştirak edir. Bütün sivil ölkələrdə də müxalifət ölkədə baş verən proseslərin içərisində olur və ona bu şərait yaradılır. Bu səfər həm də siyasi müstəvidə dialoq mühitinin və qarşılıqlı anlaşmanın inkişafı üçün əhəmiyyətlidir. Buna görə təşkilatçılara təşəkkür edirəm".
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 İyun 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri