Icma.az
close
up
RU
İqtisadçı: 20 ildən sonra Azərbaycan iqtisadiyyatı 20 faiz böyüyə bilər

İqtisadçı: 20 ildən sonra Azərbaycan iqtisadiyyatı 20 faiz böyüyə bilər

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024-cü ildə Azərbaycanda iqtisadi artım 4,1% təşkil edib.

"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qeyd edilib ki, 2024-cü ildə ölkədə 126,3 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3 faiz, qeyri neft-qaz sektorunda isə 6,2 faiz artıb.

ÜDM istehsalının 35,9 faizi sənaye, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,7 faizi tikinti, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 19,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 12 382,5 manata bərabər olub.

Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Azərbaycan iqtisadiyyatının genişlənməsində başlıca şərtlərdən biri azad edilmiş Şərqi Zəngəzur və Qarabağda bərpa təmir işlərinə ayrılan investisiyalardır:


“Bu tendensiya 2025-ci ildə də davam edəcək. 2025-ci ildə dövlət büdcəsindən dörd milyarddan çox vəsaitin Şərqi Zəngəzur və Qarabağın bərpası üçün ayrılması nəzərdə tutulub. Bütövlükdə 2020-2024-cü illərdə 18 milyard manat dövlət büdcəsindən təmir, bərpa işlərinə vəsait ayrılıb. Əlbəttə ki, bu investisiya qoyuluşları iqtisadiyyatda Ümumi Daxili Məhsulda böyük bir aktivliyin yaranmasına səbəb olub. Nəticə etibarilə də iqtisadiyyatımızda hərəkətlilik baş verir. Çünki faktiki olaraq təmir, tikinti, bərpa həyata keçirilməsi, və bu istiqamətdə milyardlarla manat investisiyaların ayrılması iqtisadi aktivliyin və göstəricilərin yüksəlməsinə səbəb olub. 2025-ci ildə 2024-cü illə müqayisədə ayrılan investisiyalar 16 faiz az olsa da, bu yenə də cari ildə özünü iqtisadiyyatın bir az da böyüməsində göstərə biləcək. Digər bir tərəfdən ərazilərimizin işğaldan azad edilməsi iqtisadi potensial gəlirlərimizin artımına səbəb olub. Bildiyimiz kimi, Şərqi Zəngəzur və Qarabağda bir sıra müəssisələr fəaliyyətə başlayıb. Eyni zamanda, iqtisadiyyat üçün əsas investisiya və kapital mənbəyinə çevrilən əkinə yararlı torpaqlar, digər təbii sərvətlər həmin ərazilərdə artıq Azərbaycanın iqtisadi balansına keçib”.


Ekspertin sözlərinə görə Azərbaycan iqtisadi balansında rəsmən investisiya formasında özünü göstərdiyinə görə bu iqtisadi göstəricilər artıb:

“Yəni bu, birbaşa olaraq 2020-ci ildən bu günə qədər artım tendensiyası məhz torpaqlarımızın işğaldan azad olunması ilə bağlıdır. Qarabağda ərazilərin minalardan təmizlənməsi prosesi genişləndikcə və yekunlaşdıqdan sonra daha çox iqtisadi aktivlik müşahidə olunacaq. Həm təsərrüfat, həm də içməli su mənbələrinin genişlənməsi, həm yeni iş yerlərinin yaranması, eyni zamanda, aqrar sektor üçün əkinə yararlı sahələr, maldarlıq və bu kimi digər sənaye müəssisələrinin fəaliyyətə başlaması iqtisadiyyatımızda ciddi artım kimi qeyd olunacaq. Beynəlxalq təşkilatlar tərəfindən verilən statistik proqnoza görə, işğaldan azad edilən 20 faiz torpaqlarımızın sayəsində 20 ildən sonra Azərbaycan iqtisadiyyatı 20 faizə qədər böyüyə bilər. Yəni 20 ildən sonra Azərbaycan iqtisadiyyatı 20 faiz böyüyə bilər. İqtisadi aktivlik bununla bağlıdır. Amma biz təəssüf ki, ölkənin digər sahələrində, məsələn, digər regionlarında iqtisadi aktivliyin baş verdiyini görə bilmirik. Yəni bu statistik məlumatlarda da özünü göstərmir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Yanvar 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri