Icma.az
close
up
RU
İqtisadçı: Azərbaycan iqtisadiyyatı şaxələndirilmə istiqamətində inkişaf edir

İqtisadçı: Azərbaycan iqtisadiyyatı şaxələndirilmə istiqamətində inkişaf edir

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan sabit siyasi sistemə malikdir, iqtisadiyyatımız inkişaf etməkdədir.

Bu sözləri Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında deyib.

Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyən dövlət başçısı xarici borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğulayıb.


 Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki,  son zamanlar Azərbaycan iqtisadiyyatının bir sıra sahələrində inkişafını xüsusi qeyd etmək olar:


“Xüsusilə də logistika, yeni yollarının inşa edilməsi, beynəlxalq yeni hava limanlarının Azərbaycanda istifadəyə verilməsi, eyni zamanda Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılması və Azərbaycanda dəmir yolları üzrə yükdaşımaların həcmində nəzərə çarpacaq səviyyədə artımlar çox sevindirici iqtisadi artım templəridir. Həmçinin aqrar sektor üzrə subsidiyaların verilməsində müəyyən inkişaf və artımlar müşahidə edilir Bundan başqa, ölkənin bir sıra aqrar sektor üzrə sahələrində, xüsusilə də pambıqçılıqda və digər sahələr üzrə tədarük göstəricilərində artımlar var. Hazırda Azərbaycan iqtisadiyyatı  şaxələndirilmə istiqamətində inkişaf edir".


İqtisadçı əlavə edib ki, Dağlıq Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra ölkənin iqtisadi potensialı da ciddi şəkildə artmağa başlayıb:

"Həm turizm gəlirləri, həm aqrar sahənin gəlirləri baxımından, eyni zamanda, Şərqi Zəngəzur və Dağlıq Qarabağ ərazisində vergi dərəcələrinin aşağı salınması, iş adamlarına xüsusi güzəştlərin verilməsi bu sahəyə qoyulan investisiya təşviqini də sürətləndirib. Əsas hədəflərdən biri də iqtisadiyyatı  neft və qaz gəlirlərindən asılılıqdan xilas etməkdir. Bunun üçün müxtəlif şaxələndirmələr həyata keçirilir. Ölkənin iqtisadiyyatı üçün çox mühüm olan Bakı Beynəlxalq Ələt ticarət limanının inşası sürətlə həyata keçirilməkdədir. Əlbəttə ki, bu, istifadəyə verildikdən sonra Azərbaycan ətrafına, Ümumi Daxili Məhsulun artımına çox ciddi şəkildə təsir göstərəcək. Həmçinin qarşıdakı perspektiv dövrdə, sabitlik və inkişaf hədəfləri kifayət qədər aydın seçilib. Hesab edirəm ki, bu inkişaf yaxın gələcəkdə müsbət mənada Azərbaycan iqtisadiyyatında özünü daha da qabarıq şəkildə göstərəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 İyun 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri