Icma.az
close
up
RU
İqtisadçı: 92 markalı benzinin qiymətinin bahalaşması hər an baş verə bilər

İqtisadçı: 92 markalı benzinin qiymətinin bahalaşması hər an baş verə bilər

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycana benzin idxalının artmasının səbəbi açıqlanıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Sahil Babayev deyib ki, benzinin ölkəyə idxalının artmasının əsas səbəbi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəqiq məlumatı verə bilər.

“Ancaq bizim ehtimallarımıza görə, bunun səbəbi ötən il ölkəmizdə keçirilən beynəlxalq tədbirlərlə bağlı 2 aya yaxın Neft Emalı Zavodunun bağlanmasıdır. Zavodunun bağlanmasına görə tələbatı ödəmək üçün Aİ-92 markalı benzin idxal etməli olduq”, - deyə nazir bildirib.


Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Azərbaycan əsasən xarici ölkələrdən Aİ 95 və 98 oktanlı benzin idxal edir:


“Benzinin qiyməti dünya bazarından asılıdır. Qiymətlər dünya bazarında artdıqda, Azərbaycanda da idxal xərcləri çoxaldığına görə qiymətlər arta bilər. Hələ ki, dünya bazarında bu markalı benzinin qiymətləri sabitdir və bahalaşma baş vermədiyi üçün Azərbaycanda da bahalaşma gözlənilmir. Lakin 92 markalı benzini son zamanlar həmin markadan olan benzini də Azərbaycan artıq idxal etməyə başlayıb. Bunun ən başlıca səbəbi neft emalı zavodunun modernizasiya işlərinin yekunlaşmaması ilə bağlıdır. SOCAR-dan verilən açıqlamaya görə, 2026-cı  ilə qədər zavodun modernizasiya işinin başa çatdırılması gözlənilir. Lakin Azərbaycanda 92 markalı daha az büdcəli avtomobillər üçün benzinin istehsalının  nə qədər olacağı müəyyən edilməyib. Yəni daxili tələbatla zavodun modernizasiyadan sonra istehsal imkanları potensialı nə qədər olacağı bizə məlum deyil. Ona görə də düşünürük ki, bu zavod əgər istifadəyə verilərsə, qiymətlər sabit qala bilər. Əgər modernizasiya işləri uzanacaqsa və hətta Azərbaycan 92 markalı benzini də xarici ölkələrdən idxal edəcəksə, qiymətlər də arta bilər. Bu zaman hökumətin subsidiya yükü çoxalacaq. Hökumət çalışır ki, qiymətləri sabit saxlasın. Bu zaman idxalla bağlı müəyyən gömrük güzəştləri tətbiq olunur. Bunlardan biri də idxala tətbiq edilən rüsumların iyun ayının birinə qədər təxirə salınmasıdır. Bu da əlbəttə ki, büdcə daxilolmalarına mənfi təsir göstərir. Eyni zamanda, hökumət 92, 95 və 98  markalı benzinin idxalı üçün əlavə subsidiya tətbiq edir. Ancaq xarici ölkələrdə qiymətlər bahalaşdıqda, subsidiya yükü də çoxalır və təbii ki, ikitərəfli itkilər baş verir. Həm dövlətin subsidiya yükü artır, həm də qiymətlərin bahalaşması prosesi sürətlənir. Dövlətin idxalda proqnozlaşdırılan gəlirlərində və vergilərində azalma prosesi baş verir ki, bu da büdcəyə birbaşa daxil olan vəsaitdir. Ona görə də qiymətlərin bahalaşması yalnız hökumətin hansı mərhələyə qədər güzəştlər və subsidiya yükünü öz üzərinə götürəcəyindən asılıdır. Ümumiyyətlə idxaldan asılılıq artdıqca təzyiqlər də artır. Bu mənada qiymətin də artması gözləniləndir. Nəticə etibarilə Azərbaycanda benzinin xüsusilə də 92 markalı benzinin qiymətinin bahalaşması hər an baş verə bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 May 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri