Icma.az
close
up
RU
İqtisadçı: Bu unun qiymətində müəyyən artırılmanı labud edir

İqtisadçı: Bu unun qiymətində müəyyən artırılmanı labud edir

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Un istehsalçılarının topdansatış qiymətləri məlum olub. Azərbaycanda hazırda 50 kq-lıq unun son topdansatış qiymətləri 27,20 - 28,20 manat arasında dəyişir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti xəbər verir ki, bazara təqdim olunan ən bahalı un "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus undur. Bu marka altında bazara çıxarılan unun 50 kq-lıq satış qiyməti 28.20 manat təşkil edir.

Ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC-nin bazara çıxardığı un 26 manatdır.

"Anadoluqida" və "AVETA" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,15 manat, "Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", "Karmen", "Orxan UN", "Xırman", "SKY AGRO" MMC-lər, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI və "Səma" fərdi firmalarına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,05 manat təşkil edir.

"ATS MİLL" MMC əgər yanvar ayının əvvəlində 50 kq-lıq un kisəsini 27,10 manatdan satırdısa, fevralın 3-ü tarixinə bu rəqəm 27,20 manatdır.


Məsələ ilə bağlı "Sherg.az" a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ötən il 10 faizə qədər dənli bitkilərdə ucuzlaşma müşahidə olunsa da, Azərbaycanda daxili faktorlar unun qiymətinə təsir göstərir:


“Bu faktorlardan birincisi, ötən il ortalama əmək bazarında 8 faizə qədər əmək haqqlarının artmasıdır. Təbii ki, un istehsalçıları, dəyirmanlar da bu artımı öz işçilərinin maaşında əks etdirmək məcburiyyətində qalıb. 2025-ci ilin yanvar 1 dən isə minimum əmək haqqında artım həyata keçirildi. Yanvarın 1 dən etibarən un istehsalçıları da öz işçilərinin əmək haqqına baxmalı oldular.  Burada həmçinin əlavə vergi xərcləri də ortaya çıxır. Digər məqam isə ötən ilin ikinci yarısından enerji daşıyıcılarının qiymətinin artırılması ilə əlaqəlidir. Aİ92 markalı benzin 10 faiz, yükdaşımalarda istifadə edilən dizel isə 25 faiz bahalaşdı. Təbii ki, bu da un qiymətlərinə təsir edir. Bundan başqa cari ilin əvvəlindən həm qazın, həm də işığın qiymətinin artması da un istehsalçılarının xərcini artırıb. Digər tərəfdən son bir neçə ildə ölkədə infliyasiya səviyyəsi aşağı düşsə də ifliyasiya müşahidə olunur. Ötən il 5 faizə qədər infliyasiya müşahidə olunub. Nəticə etibarı ilə bu da unun qiymətində müəyyən artırılmanı labud edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Fevral 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri