Icma.az
close
up
RU
ÇÖRƏYİN QİYMƏTİNDƏ BAHALAŞMA... İqtisadçı səbəbləri AÇIQLADI

ÇÖRƏYİN QİYMƏTİNDƏ BAHALAŞMA... İqtisadçı səbəbləri AÇIQLADI

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda bəzi çörək növlərinin qiymətində artım müşahidə olunur. Məlumata görə, bahalaşma əsasən “baton” çörəklərinə aiddir.

Belə ki, əvvəl 1 manata satılan doğranmış batonlar hazırda 1 manat 10 qəpikdən təklif olunur. Eyni zamanda supermarketlərdə bişirilən çörəklərin qiymətlərində də artım var. Yalnız “zavod çörəyi” bu bahalaşmadan kənarda qalıb.

Xatırladaq ki, bu günlərdə Azərbaycanda unun topdansatış qiymətində bahalaşma ilə bağlı yerli KİV-lərdə məlumat yayılmışdı. Cari ilin 5 fevral tarixinə olan məlumata əsasən, ölkədə unun topdansatış qiymətləri ilin əvvəli ilə müqayisədə 10-30 qəpik civarında bahalaşıb.

Hazırda 50 kiloqramlıq unun topdansatış qiyməti 26,1–28,6 manat arasında dəyişir. İstisna olaraq, “Qarabağ un” markasına məxsus unun qiymətində 0,1 manat ucuzlaşma qeydə alınıb.

Bazar təhlillərinə görə, topdansatışda ən ucuz un “Dəvəçi-Taxıl” MMC, ən bahalı un isə “Azeri-Arapoğlu U.S. və T. LTD” tərəfindən təqdim olunur.

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında çörək qiymətlərində artımın əsas səbəblərinin istehsal xərclərinin yüksəlməsi ilə bağlı olduğunu bildirib.


Onun sözlərinə görə, çörək zavodları hazırda artan xərc mühitində fəaliyyət göstərir. Xüsusilə dizel yanacağının bahalaşması çörəyin daşınma xərclərini artırıb, bu isə ümumi istehsal prosesinə birbaşa təsir göstərir. Eyni zamanda, çörəyin emalı ilə bağlı xərclər, kommunal ödənişlər də davamlı şəkildə yüksəlir. İşçilərin maaşlarının 9,3 faiz artırılması da istehsalçıların xərclərini artıran amillər sırasındadır. Ümumi inflyasiya səviyyəsinin 5,6 faiz olması, ödənişli xidmətlərin bahalaşması da bu yükü daha da ağırlaşdırır.

İqtisadçı qeyd edib ki, işçilərin gəlirlərindən tutulan 3 faizlik verginin artırılması da çörək zavodları üçün əlavə xərc yaradı:“Belə ki, zavodlar işçini işə götürərkən ona, məsələn, 530 manat maaş vəd edir və inflyasiya şəraitində bu 3 faizlik vergi yükünü kompensasiya etmək məcburiyyətində qalırlar. Bütün bu amillər zavodların xərclərini artırır və istehsalçıların bu xərcləri qiymətlərə ötürməkdən başqa alternativi qalmır”.

Xalid Kərimli vurğulayıb ki, xərclərin bir hissəsi də idxalla bağlıdır:“Düzdür, son bir il ərzində dənli bitkilərin dünya qiymətlərində ciddi artım qeydə alınmayıb, buğda qiymətləri əsasən sabit qalıb, hətta bəzi dövrlərdə təxminən 4 faizlik ucuzlaşma da müşahidə olunub. Lakin manatın dəyərinin xarici valyutalar qarşısında ucuzlaşması idxal xərclərini artırıb. Keçən il idxal olunan məhsullar üzrə qiymət indeksində 26 faiz artım qeydə alınıb və inflyasiyanın təxminən üçdə ikisi məhz idxal amili ilə əlaqəlidir”.

İqtisadçının fikrincə, unun dünya bazarındakı qiymətləri sabit qalsa belə, daxildə çörək istehsalçılarının xərcləri artdığı üçün onlar qiymət artımına getməyə məcbur olurlar və hazırkı şəraitdə bunun alternativi yoxdur.

E. Bəyməmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Fevral 2026 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri