Icma.az
close
up
RU
İqtisadçı: Keçən il ərzində əhalinin alıcılıq qabiliyyəti yaxşılaşıb

İqtisadçı: Keçən il ərzində əhalinin alıcılıq qabiliyyəti yaxşılaşıb

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

2024-cü ildə Azərbaycanda əhalinin ümumi xərcləri əvvəlki illə müqayisədə 6.1% artaraq 81 milyard 90.2 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən il əhalinin son istehlak xərcləri 5% artaraq 69 milyard 346.1 milyon manata bərabər olub.

Xatırladaq ki, 2024-cü ildə əhalinin nominal gəlirləri 6.4% artaraq 83 milyard 93.4 milyon manat təşkil edib.


Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ötən il əhalinin orta aylıq nominal əmək haqqı 8% artıb: 


“Eyni dövrdə əhalinin adambaşına düşən nominal gəlirləri 5,9% artmış, istehlak qiymətləri indeksi isə 2,2% səviyyəsində qeydə alınıb. Bu göstəricilərdən göründüyü kimi, nominal gəlirlər inflyasiyanın artımını üstələyərək əhalinin real gəlirlərində artım yaradıb. Beləliklə, keçən il ərzində əhalinin alıcılıq qabiliyyəti yaxşılaşıb. İstehlak xərclərinə gəldikdə isə, təkcə yerli əhalinin xərcləri deyil, həmçinin ölkəyə gələn turistlərin sərf etdiyi vəsaitlər də nəzərə alınmalıdır. Məsələn, COP29 tədbiri ilə əlaqədar olaraq ölkəyə xaricdən çox sayda turist gəlməsi və onların xərclərinin artması ümumi istehlak xərclərinin yüksəlməsində mühüm rol oynayıb. Bu amil istehlak qiymətləri indeksinin artımına da  əlavə təzyiq göstərib. Nəticə olaraq, əhalinin nominal gəlirlərinin artımı istehlak qiymətləri indeksinin artımından 3,7 faiz bəndi yüksək olmuşdur ki, bu da real gəlirlərdə müsbət dinamikanın mövcudluğunu təsdiqləyir. Bu tendensiya ölkə iqtisadiyyatının dayanıqlı inkişafını və əhalinin rifahının yaxşılaşmasını göstərən mühüm göstəricidir. Gələcəkdə də bu artım tempinin qorunması əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə töhfə verəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyun 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri