Icma.az
close
up
RU
İqtisadçı olaraq birmənalı şəkildə etiraz edirəm

İqtisadçı olaraq birmənalı şəkildə etiraz edirəm

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Avtobuslarda gedişhaqqının bir nəfər üçün 1 manat olacağı ilə bağlı fikirlər dolaşmaqdadır. Əgər bu, əsassız bir şayədirsə, heç bir sözüm yoxdur. Amma əgər ictimai rəyin öyrənilməsi və nəbzin yoxlanılması üçün ortaya atılmış bir manevrdirsə, o zaman bir iqtisadçı olaraq birmənalı şəkildə etiraz edirəm və bunun yolverilməz olduğunu bildirirəm".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov deyib.

Xatırlatmaq istəyirəm ki, bir müddət öncə gedişhaqqı 50 qəpiyə qalxdığı zaman əksəriyyət etiraz edəndə, mən etiraz etmədim. Vətəndaş kimi daha ucuz qiymətin tərəfdarı olsam da, iqtisadçı kimi bilirdim ki, 50 qəpiyin iqtisadi əsası var və bu, olmalıdır. Amma 1 manatlıq gedişhaqqı artıq yol verilməzdir.

(Kamazlar 800 mişar daşı vurmaq əvəzinə 1000 daş vurduğu kimi, avtobusların 50 nəfər yerinə 80-100 nəfər doldurması və yenə də iqtisadi səmərəsizlikdən şikayətlənmələr isə bir başqa iqtisadi bacarıqdır)

Bu gün paytaxtın girişində, çıxışında, mərkəzində, hətta on zolaqlı yollarında belə tıxaclar müşahidə olunur. İnsanlar Bakı ətrafında daha çox yaşayır, işləmək üçün isə şəhərə üz tutur. Bir ailədən 3–4 nəfər işə və təhsil müəssisəsinə getmək üçün gündə bir neçə marşrut dəyişir. Orta statistik hesabla, bir ailənin 3 üzvü 2 marşrut dəyişsə, gündəlik nəqliyyat xərcləri minimum 12 manat, 22 iş günü olan bir ayda isə 264 manat edir. Əgər ailədən 4 nəfər çıxsa və bəziləri əlavə marşrutdan istifadə etməli olsa, analoji hesablama ilə ailənin aylıq nəqliyyat xərci 400 manata çatır. Yəqin ki, bu rəqəm hamıya tanışdır – minimum əmək haqqının miqdarıdır. Hətta bir ailədən yalnız 2 nəfər çıxıb hərəsi 2 marşrut dəyişsə belə, bu, ayda 200 manata yaxın xərc deməkdir.

Əlqərəz, əgər kimlərsə nəbzi yoxlamaq məqsədilə belə bir manevr edirsə, yekunda bu niyyət yuxarı qərarvericilər tərəfindən dəstəklənməməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Avqust 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri