İqtisadçı: Bütün siqaretlərin mütləq şəkildə bahalaşacağını güman etmək olmaz
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda bəzi siqaret markaları bugündən 20 qəpik bahalaşıb.
Axar.az siqaretlərin yeni və əvvəlki qiymətlərini təqdim edir:
Qiyməti artan siqaretlər:
“Sobranie” - 4.7 manat (4.5 manat), “Vinston” - 4.2 manat (4 manat),“Kent” - 4.4 manat (4.2 manat), “Dunhill” - 4.7 manat (4.5 manat), “Davidoff” - 4.4 manat (4.2 manat), “Premier”- 4.2 manat (4 manat), LD (hər iki növü) - 3.6-3.8 manat (3.4-3.6 manat)
Qeyd edək ki, siqaretlərin qiymətində dəyişikliklər istehsalçı və idxalçı şirkətlərin qiymət siyasətinə əsasən həyata keçirilir.
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, siqaret satanlar qiymətləri özləri artırıblar:

“Çünki burada tütün istehsalı, satışı ilə məşğul olan şəxslər və təmərküzləşmə var. Yəni bir neçə iri şirkət və şəxs bunları həyata keçirir. Ona görə rəqabətlə məşğul olan İstehlak Bazarlarına Nəzarət və Antiinhisar Agentliyi onların birləşib razılaşdırılmış qiymət təyin edib-rtmədiklərini araşdırmalıdır. Digər tərəfdən 2025-ci ildə siqaret və tütün istehsalçılarına yeni rüsum tətbiq edilməyib, aksiz vergisi artırılmayıb. Amma ötən il artırılmışdı. Lakin ümumi bizneslə əlaqədar xərclər, minimal əməkhaqqı və kommunal xərclər artırılıb. Bunların hamısı siqaret satanların da xərcini artırır. Bu xərclərin qarşılanması isə qiymətin artmasına gətirib çıxarır. Artırılmış qiymət yeni bazar qiyməti olacaq. Lakin 2025-ci ilə başlayanda, aksiz vergi rüsumu tətbiq edilmədiyinə görə artıq bütün siqaretlərin mütləq şəkildə bahalaşacağını güman etmək olmaz”.

