Icma.az
close
up
RU
İqtisadçı: Sabit aylıq tarifin enerji təminatına müsbət təsirləri ola bilər...

İqtisadçı: Sabit aylıq tarifin enerji təminatına müsbət təsirləri ola bilər...

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Lakin sabit tariflər üzrə yığılan vəsaitlər nə büdcə sabitliyi üçün, nə də sosial rifahın təmini üçün heç bir fundamental rol oynamayacaq


Elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Elektroenergetika haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.


İqtisadçı ekspert Razi Abbasbəyli “Sherg.az”a bildirdi ki, bu ilin may ayının birinə olan məlumata görə, Naxçıvan istisna olmaqla Azərbaycanda qeydiyyatda olan elektrik enerjisi üzrə abonentlərin sayı 2 milyon 816 min nəfərdir:


“Açıqlanan ilkin rəsmi xəbərdə qeyd olunurdu ki, aylıq sabit tarif minimum bir manat olacaq. Burada tətbiq ediləcək mexanizmlər ilk növbədə birbaşa olaraq 2 milyon 816 min manat vəsaitin elektrik təsərrüfatı istiqamətində xərclənməsinə yönəldilə bilər. Bunun isə enerji təminatına müəyyən müsbət təsirləri ola bilər. Lakin  2 milyon 816 min nəfərlik abonentin ödəyəcəyi bir manat ölkədə nə büdcə sabitliyinin, nə də sosial rifahın inkişafında rol oynaya bilməz. Rəqəm o qədər kiçikdir ki, burada biz hansısa yüksək iqtisadi gözləntilərdən danışa bilmərik. Birinci növbədə nəzərə almaq lazımdır ki, 2 milyon 816 min manat çox kiçik rəqəmdir ki, bu, əhalinin sosial rifahına təsir etsin, büdcə sabitliyinə müəyyən mənada töhfə versin. Digər bir tərəfdən də elektrik enerjisi təminatı üzrə infrastrukturun gücləndirilməsi sahəsində də bu heç bir rol oynamayacaq. Bu, sadəcə olaraq vətəndaşlar üçün az da olsa əlavə yükün yaranması deməkdir. Nəzərə alsaq ki, 2 milyon 816 nəfərdən əlavə, həm də Azərbaycanda ticarət, sənaye, dövlət müəssisələri, qeyri əhali korporativ və kommersiya abunəçiləri də var. O zaman məbləği bir az da artıra bilərik. Lakin sabit tariflər üzrə yığılan vəsaitlər nə büdcə sabitliyi üçün, nə də sosial rifahın təmini üçün heç bir fundamental rol oynamayacaq. Amma bütün hallarda infrastrukturun daha da yaxşılaşdırılması, infrastruktur üzrə ayrılacaq sərmayələrin təmin edilməsi kimi qələmə verilə bilər. Yəni yaşayış olmayan mənzillər, istifadə edilməyən obyektlər və digər bu kimi elektrik şəbəkəsinə qoşulmuş ünvanlar həmin əraziyə elektrikin çəkilməsi üçün çəkilən xərclərə az da olsa təsir göstərəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 İyul 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri