Icma.az
close
up
RU
İqtisadçı: Manatın möhkəmlənməsi qiymətlərin ucuzlaşmasına səbəb ola bilər

İqtisadçı: Manatın möhkəmlənməsi qiymətlərin ucuzlaşmasına səbəb ola bilər

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ildə manatın nominal effektiv məzənnəsi 8.2% möhkəmlənəcək.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, manatın möhkənlənməsi inflyasiyaya 2.2 faiz bəndi azaldıcı təsir edəcək.

Xatırladaq ki, 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.5%, 2026-cı ildə 3.8% ətrafında olacağı gözlənilir.


Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki,  manatın möhkəmlənməsi qiymətlərin ucuzlaşmasına və manatın alıcılıq qabiliyyətinin yüksəlməsinə səbəb ola bilər:


“Manatın möhkəmlənməsinin əsas faktorlarından biri də neftin qiymətinin sabit qalmasıdır. Yəni 2025-ci il üzrə proqnozlara uyğun olaraq neftin qiyməti gözlənilən səviyyədə qalsa, Azərbaycan manatı möhkəmlənəcək. Çünki Azərbaycan əsasən neft və qaz ixrac edən ölkədir, əsas gəlirlərimiz də məhz neft və qaz gəlirləri hesabına formalaşır. Bu baxımdan da qiymətlərin sabit qalacağı təqdirdə Azərbaycan manatının möhkəmlənmə ehtimalı çoxdur. Nəticə etibarilə iqtisadiyyatın böyüməsi prosesi davam edəcək. İqtisadiyyatın böyüməsi nəticəsində isə ölkədə həm manatın möhkəmlənməsi, həm manatın alıcılıq qabiliyyətinin artması, həm də manatla bağlı xarici valyutaların məzənnələri arasındakı sabitlikdə qorunub saxlanacaq. Ümumiyyətlə biz idxal məhsullarınını  xarici valyuta ilə idxal edirik və onlarda daxili bazarda ekvivalent olaraq manata çevrilir. Bu mənada manatın sabit qalması və möhkəmlənməsi xüsusilə də idxal edilmiş məhsulların qiymətlərinin qismən də olsa, ucuzlaşmasına səbəb ola bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Yanvar 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see195

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see185

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see172

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see160

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see153

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see138

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see129

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see128

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see128

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see125

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see125

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see122

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see122

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see121

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see120

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see118

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see118

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see118

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see117

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri