Icma.az
close
up
RU
İqtisadçıdan xəbərdarlıq: İdxal azalarsa, ət bahalaşacaq

İqtisadçıdan xəbərdarlıq: İdxal azalarsa, ət bahalaşacaq

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin yanvar-mart aylarında Azərbaycan 12 min 299 ton ət idxal edib. Bu həcmdə ətin dəyəri 28 milyon 630 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 410 ton (3,4 %), dəyər baxımından isə 3 min 805 min dollar (15,3 %) çoxdur. 

Bu ilin ilk rübündə ət idxalının həm həcm, həm də dəyər baxımından artmasını necə izah oluna bilər? Artım daxili bazarda qiymətlərə necə təsir edir?

Qaynarinfo-nun suallarını cavablandıran iqtisadçı Xalid Kərimli bildirib ki, ət idxalının həcm baxımından 3.4, dəyər baxımından 15.3 faiz artması ölkənin idxaldan asılılığının artdığını göstərir:

"Bu göstəricilər insanların artım tempi ilə mütənasib deyil. Bundan başqa, əhalinin istehlak vərdişləri dəyişə bilər, daha çox ət yeyə bilər. Amma əhali bu qədər qısa müddətdə çox ət yeyə bilməz, bu daha uzunmüddətli dövürdə baş verir.  Ona görə də bu rəqəmlər daha çox idxaldan asılılığın artdığını göstərir".

İqtisadçının sözlərinə görə, hazırda dünyada da ət qiymətləri bahalaşır. Bundan başqa, dəyər ifadəsində artmağı manatın məzənnəsi ilə bağlı məsələdir:

"Nəzərə alsaq ki, manatın məzənnəsi dollara bağlıdır, dollar da son bir ildə ucuzlaşıb. Dollar digər valyutalara qarşı ucuzlaşanda manat da avtomatik ucuzlaşır".


Xalid Kərimlinin sözlərinə görə, ətin idxal qiymətinin artması daxili bazarda qiymətlərə təsir edir:

"Ölkəyə kəsilmiş heyvan əti dondurulmuş şəkildə gətirilir ki, keyfiyyətini itirməsin. Sahibkarlar da bazarda dondurulmuş ətin qiymətinə baxırlar. Əgər o qiymətlər onlara sərf edirsə, onlar ölkəyə ət idxal edirlər. Sahibkar fikirləşir ki, ölkəyə gətirdiyi əti baha satıb pul qazana biləcək ya yox. Ona görə idxalın artması qiymətləri aşağı salan faktordur. Bir şey çox olanda onun qiyməti aşağı düşür. Amma burda əhalinin tələbatı da önəmli rol oynayır. Əgər əhalinin tələbatı eyni, idxal da artıbsa, bu yerli istehsalın azlaması deməkdir. Göstərilən statistikadan isə bazarda idxalın yerli istehsalı üstələdiyini güman edə bilərik. Amma istənilən halda məhsul bolluğu qiyməti aşağı salan amildir. Ölkəyə idxal olmasa, ətin qiyməti daha da bahalaşa bilər”. 

"Ət idxalının artması yerli heyvandarlıq sektorunun zəifliyindən xəbər verirmi" sualına iqtisadçı bildirib ki, ət idxalının artması təkcə yerli heyvandarlıq sektorunun zəifliyindən xəbər vermir:

"Digər statistik məlumatlara baxanda görürük ki, saxlanılan həm iri buynuzlu, həm də xırda buynuzlu heyvanların sayında azalma var. Belə ki, 10 faizdən çox iri buynuzlu, ən az 25 faiz xırda buynuzlu heyvanların sayında azalma var. Məsələn, əhalinin ətə olan tələbatının artması, həm də bu sektorun əhalinin tələbatı ilə nisbətdə zəif böyüməsi təsir edən amildir. Hələ indi-indi qiymətlər artıqca, bu sektor qazanc gətirən sahəyə çevrilir. Əvvəllər bu sahə fermerlərə, sahibkarlara sərf etmirdi. Ümid edirik ki, qiymət artımı bu sektorda investisiyaları artıracaq, sahibkarlar bu sahəyə geri dönəcək".

Günay İlqarqızı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Aprel 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri