Icma.az
close
up
RU
İqtisadçıdan SOS: Ət 30 manata qalxa bilər

İqtisadçıdan SOS: Ət 30 manata qalxa bilər

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Eldəniz Əmirov: Ətin qiymətinin artmasına səbəb sadəcə bazar oyunlarının nəticəsi deyil


Torpaq islahatı və süni yem istehsalı olmadan ət ucuzlaşmayacaq

“Bu gedişlə ətin qiyməti davamlı olaraq artacaq.  Azərbaycanda ətin qiymətinin artımı sadəcə bazar oyunlarının nəticəsi deyil. Məsələyə bir az dərindən baxanda görürük ki, əsas problem torpaq sahəsi, onun idarəçiliyi və əhali amillərində gizlənir”. 


Bu fikirləri “Sherg.az”a açıqlamasında iqtisadçı- ekspert Eldəniz Əmirov deyib. 


Rəsmi statistikaya istinad edən ekspert vurğulayıb ki, kənd təsərrüfatına yararlı torpaq sahəsi 20 il əvvəl 4 milyon 758 min hektar idi, bu gün isə cəmi 4 milyon 774 min hektardır: 


“ Yəni ümumi rəqəm demək olar dəyişməyib. Amma eyni dövrdə əhalimiz 8,5 milyondan artaraq 10,2 milyonu keçib. Nəticədə adam başına düşən yararlı torpaq 0,56 hektardan 0,47 hektara enib. Bu isə çox ciddi fərqdir.

Əhali artır, yararlı torpaq sahəsi isə artmır. Əvəzində bu 20 ildə əkin yerləri 237 min hektar artıb. Dincə qoyulmuş torpaqlar 14 min hektar artıb.  Çoxillik əkmələr 53 min hektar artıb. Hətta meşə örtüyü də 5 min hektar artıb. 

Göründüyü kimi hər sahəyə ayrılan ərazi artıb. Amma ölkənin yararlı torpaq sahəsi artmayıb. Deməli, bu artımlar hansısa sahənin azalması hesabına baş verib.  Bu azalan hissə isə örüş və otlaq sahələridir. Bu isə o deməkdir ki, kənd təsərrüfatında heyvandarlığın əsas dayağı olan sahələr getdikcə daralır. Nəticədə yem bazası zəifləyir, otlaq imkanları məhdudlaşır, bu da birbaşa ətin maya dəyərinə təsir göstərir və ət qiyməti davamlı yüksəlir”.


Çıxış yoluna gəldikdə isə E.Əmirov qeyd edib ki, genetik seleksiya, məhsuldar cinslərin gətirilməsi, aqrotexniki innovasiyalarla daha az torpaqda daha çox məhsul əldə etməklə bağlı təkliflər səsləndirsək, yəqin ki, bu sahəyə məsul şəxslərdən cavab gələcək ki, bu işlər görülür: 

“Məsələ ondadır ki, problem hələ də qalır. Deməli, bu kifayət deyil, daha ciddi addımlar atmaq lazımdır. 

Torpaq idarəçiliyi islahatına ehtiyac var. Torpaq bölgüsü və istifadəsində şəffaflıq artırılmalı, istifadəsiz qalan torpaqlar mütləq kənd təsərrüfatına cəlb olunmalıdır. Ən vacib məsələlərdən biri isə böyük həcmli süni yem istehsalına keçiddir. Dünyanın aparıcı ölkələrində intensiv heyvandarlığın əsası süni yem istehsalıdır. EYni zamanda kiçik fərdi təsərrüfatlar resurs çatışmazlığı yaşayır. Kooperasiya və iri təsərrüfatlar həm yem istehsalını, həm də heyvandarlığı daha səmərəli edə bilər. Su resurslarından ədalətli istifadə isə problemin digər ağrılı tərəfidir. Nə qədər ki su resurslarının bölgsündə bu problem qalacaq, o qədər kənd təsərrüfatının ənsər sahələri əziyyət çəkəcəkdir. Beləliklə, ət qiymətini 17 manata qaldıran “17” səbəbdən sadəcə bir neçəsinə toxunduq. Necə əmin olmaq olar ki, qısa müddətdə 20 faizədək artan ət qiymətləri bir gün 30 manata da çatmayacaq? Çünki, səbəblər təkcə iqtisadi qanunlarla bağlı olmadığından “ətin gələcək taleyini” proqnoz etmək mümkün deyil.   

Əslində, qlobal infilyasiya, artan əhali sayı və məhdud torpaq resursları bu artımı şərtləndirən obyektiv səbəblərdir. Lakin bunun da üzərinə subyektiv səbəbləri gəldikdə risklər böyüyür. Buna görə də bu prosesin qarşısını almaq mümkün deyil. Onsuz da obyektiv səbəblər qiymətin qalxmasını məcburi hala gətirəcək. Sadəcə ciddi tədbirlərlə subyektiv faktorları aradan qaldırmaqla bu artımın sürətini azaltmaq mümkündür”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri